Əsas Səhifə > Gündəm, Manşet > Hamı narazılıq edir, amma nə olsun...
Hamı narazılıq edir, amma nə olsun...1-01-2024, 10:06 |
"Çox maraqlıdır ki, əgər ölkədə demək olar hamının narazı olduğu "Bolt" taksi şirkəti varsa, niyə hələ də fəaliyyəti davam edir? Hara baxırsan, narazılıq səslənir "Bolt"dan. Mən adətən şəxsi maşınımdan istifadə edirəm, lakin bir neçə gündür maşının təmirinə görə taksi sifariş etməli oldum. Başıma gələnlər: 1) Sifariş edirəm, proqramda qiymət ayrı, məntəqəyə çatdıqda isə ayrı olur. Səbəbi isə sürücü sifariş edilən yerə çatmamış çatdı göstərir ki, əlavə gözləməyə görə də pul qazansın. 2) Sifariş edirsən, zəng edib soruşur, ödəniş kartları olacaq ya nağd? Deyirəm fərqi var, deyir nağd deyilsə gəlmirəm. Düzdü, mən o şirkətə etibar etmədiyim üçün kart məlumatlarını qeydiyyatdan keçirməmişəm, adətən card to card edirəm, amma buna görə sifarişdən imtina edilməməlidir. 3) Dünən axşam da taksi sifariş etmişəm, gördüm maşın yaxınlaşır, düşdüm aşağı, xəritədə görürəm maşın yanımdan keçdi, mən də arxasınca gedirəm ki, yəqin qabaqda dayanar. Sürücü zəng edib deyir, proqramda qiymət nə qədər göstərir? Deyirəm mən sifariş vermişəm və sizi görürəm, soyuqda və xəstə vəziyyətdə sizi gözləyirəm, deyir qiyməti deyin, əks halda getmirəm. Telefona baxıb qiyməti demək üçün yenidən zəng etmək istədikdə, gördüm artıq imtina edib. Bu adamları işə götürəndə proqramın işləmə qaydası, müştərilərlə davranış qaydaları ilə bağlı niyə təlimatlandırmırsız? Hardadır müştəri hüquqları?" Mənbə: "Müştərinin Səsi" SQ - Şikayətçi: Səxavət Nəsirov Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |