Əsas Səhifə > Gündəm, Manşet > Kəmaləddin Qafarovun ŞÜBHƏLİ BİZNEZ İMPERİYASI...

Kəmaləddin Qafarovun ŞÜBHƏLİ BİZNEZ İMPERİYASI...


7-01-2024, 09:53
Kəmaləddin Qafarovun ŞÜBHƏLİ BİZNEZ İMPERİYASI...
Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.

”Yeni Gundem”in məlumatına görə, belə deputatlardan birinin də 9 saylı Binəqədi ikinci seçki dairəsinin deputatı, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarovun olduğu iddia edilir.

Deputatın rəhbərliyi altında Milli Onkologiya Mərkəzində formalaşan bazar qiymətlərini diqqətinizə çatdırırıq:

1. Onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün 500 manata yaxın pul verməli olurlar.

2. Kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də pul ödənməlidir. Xərçəng xəstələri hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

“Yeni Gundem”in məlumatın görə, “Lal deputat” kimi tanınan Kəmaləddin Qafarov nadir hallarda danışır, amma danışanda da “gül vurur”. O komitə iclaslarının birində deyib ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”. Kəmaləddin Qafarovun bu mövzunu dilə gətirməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək vətəndaşları dolamaqdır. Onun parlament tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.

Kəmaləddin Qafarovun əsas gəlir mənbəyi məhz dərman satışındandır.

Bununla bağlı “Yeni Gundem” olaraq media üzərindən apardığımız araşdırmalarda ilginc məlumatlar yer alır.

Deputat Kamələddin Qafarovun biznes siyahısı:

“AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır.Şirkət həm də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir.

– “AzəriMed MNK” MMC

– “Mega Pharmacy” MMC,

– “Cardinal Health” şirkəti

– “Ruslan AZ” MMC

– “Zəfəran” apteklər şəbəkəsi

– “Zəfəran Hospital”

– “Kanon” MMC apteklər şəbəkəsi

– “Shafran” MMC

– “Avestafarm” MMC

– “Naturalist” firması

– “Versal Palace” MMC

– “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.

Deputatın əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşıb:

Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.

Kəmaləddin Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavini kimi dövlətin Mərkəzə ayırdığı pulların böyük əksəriyyətini özünə məxsus “AzəriMed” şirkətinə transfer edir, dərmanlar ordan alınır. Yəni Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.

Onuda qeyd edək ki, biznesmen Kəmaləddin Qafarov nazir iddiasındadır.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.

Yenigundem.az

Geri qayıt