Əsas Səhifə > Gündəm, Manşet > Əmrullayev Saakaşvili kimi görünüb, təhsili Lukaşenko kimi idarə edir

Əmrullayev Saakaşvili kimi görünüb, təhsili Lukaşenko kimi idarə edir


24-01-2024, 09:26
Əmrullayev Saakaşvili kimi görünüb, təhsili Lukaşenko kimi idarə edir
Emin Əmrullayev nazir təyin olunanda qurumun adı hələ Təhsil Nazirliyi idi. Hazırda Elm və Təhsil Nazirliyidir. Amma vəziyyət daha da eybəcər hal alıb. Ölkə təhsili hazırkı nazirin dövründə 10 dəfə geriləyib.

Faktlar təqdim etməyə hazırıq:

- müəllimlər yenə bayramlarda pul alır,
- direktorlar yenə müəllimlərdən pul yığır,
- təhsil idarələri onların başında gəlir,
- şagirdlərə verilən bilik sıfır, dərsliklər bərbad gündə,
- orta məktəblər az qala "oğru qanunları" ilə idarə olunur,
- orta məktəblər kriminal "razborka" meydanına çevrilib,
- orta məktəblər bir qətliam yerini xatırladır və s...

Daha hansını deyək ki?

Əmrullayev hər çıxışında islahatların zəruriliyindən danışır. Amma nazir ilk dövrlərdə göründüyü kimi olmadı. Təhsil ictimaiyyəti və cəmiyyət gənc nazirin həqiqətən də açıqladığı acı həqiqətləri dəyişəcəyini gözləməkdə idi. Ona ümid bəsləndi ki, xarabazara çevrilmiş təhsildə heç olmasa bəzi dəyişikliklər edəcək.

Amma ilbəil geriləmə var:

- hamı repetitor əsiri - onlar da qiymətləri kəllə-çarxa qaldırıb,
- aşağı bal yığaraq ali məktəbə daxil olanlar ordusu,
- məktəblərdə açıq bazar,
- direktor-müəllim-valideyn komitəsi şəbəkələşməsi,
- ayrı-ayrı məmurların himayə etdiyi məktəb direktorlarının harınlığı...

Əslində sadalamaqla qurtarmayan və xirtdəyə qədər zibilin içində boğulan bir təhsil sistemi var.

Lakin hər hansı dəyişiklik yoxdur. Bəzi sahələrdə cüzi də olsa, müəyyən addımların atılması müşahidə olunur. Amma Elm və Təhsil Nazirliyi orta məktəblərdə əvvəlki "qanunları" davam etdirir. Artıq inkişaf etmiş ölkələrin təhsil sisteminə yaxınlaşmaq haqda düşünmək gecdir.

Əksəriyyət o qənaətdədir ki, belə gəlib, belə gedəcək... Nazir Əmrullayev isə Saakaşvili kimi görünüb, Lukaşenko kimi təhsili idarə etməyindədir... Maləsəf...

dia-az.life

Geri qayıt