Əsas Səhifə > Gündəm, Manşet > "Büdcə heç kimin dədəsinin malı deyil..."

"Büdcə heç kimin dədəsinin malı deyil..."


24-02-2024, 08:41
"Büdcə heç kimin dədəsinin malı deyil..."
"Hər il Dövlət Proqramı çərçivəsində yüzlərlə tələbənin dünyanın nüfuzlu universitetlərində təhsil almaları dövlət hesabına təmin edilir. Bu məqsədlə milyonlarla vəsait ayrılır. Amma baxın, həmin tələbələrin siyahısı açıqlanmır. Qərb təhsilli Emin Əmrullayev, Elm və Təhsil Nazirliyi, nəyi gizlədirsiniz?" dia-az.life bildirir ki, bu etirazla tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.
"O siyahılarda nazir, deputat, büdcəyeyən məmurların əziz-xələflərinin, qohum-əqrəbalarının adlarının ortaya çıxacağından, ifşa olunacaqlarındanmı çəkinirsiniz?" deyə sual edən C.Həsənli daha sonra əlavə edir:
"Emin Əmrullayev, biz o istedadların hamısını tanımaq istəyirik. Dırnaqarasında yazmadım ki, aralarında həqiqətən istedadlı gənclər də var, amma neçə faizdir..? Elə onları da tanıyıb fərəhlənmək, təhsilimizin bərbad gününə baxıb təsəlli almaq istərdik.
Emin Əmrullayev, sizin Kolumbiya Universitetində təhsil aldığınız illərdə o siyahını əldə etmək mümkün idi.
Məsələn, yadımdadır ki, bir neçə il əvvəl açıqlanan bir siyahıda Britaniya Universitetlərində təhsil alacaq tələbələrin siyahısında "müxalif" deputatlardan birinin qızının və qardaşı oğlunun adı qeyd olunmuşdu. Hansı ki, o deputatın xaricdə öz hesabına ən azı 10 tələbə oxutmaq imkanı var.
Yaxud ölkənin səhiyyə sisteminin canına çökmüş biri öz qızına amerika umiversitetində laboratoriya təhsili vermək üçün təqaüd proqramından yararlanır, üstəlik övladı təhsilini başa vurduqdan sonra orada yaşamağa üstünlük verir. Nə gözəl, Azərbaycanın büdcəsi hesabına Amerika, Avropa üçün kadrlar hazırlanır.
Büdcə heç kimin dədəsinin malı deyil, Allahınız olsun!"

Geri qayıt