Əsas Səhifə > Gündəm, Manşet > “Azəriqaz”-ın yeni rəhbərliyi üçün EV TAPŞIRIĞI...

“Azəriqaz”-ın yeni rəhbərliyi üçün EV TAPŞIRIĞI...


14-03-2024, 09:06
“Azəriqaz”-ın yeni rəhbərliyi üçün EV TAPŞIRIĞI...
Bir neçə gün əvvəl məlum işdən çıxarılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin yola salınması bu qurumdan narazı olan şəxslərdə də müəyyən ümidlər yaradıb. Elə dia-az.life-ya yazan oxucular da yeni rəhbərliyə müraciət edərək aşağıdakı dəyişiklikləri vacib hesab etdiklərini bildiriblər. Beləliklə, oxucular dia-az.life-ya yazır...

",,Azəriqaz"İ.B-də İnsan Resursları Departamenti Xəqani Bəşirli və dəstəsi, SƏTƏM (öz vəzifə öhdəliyindən başqa işlərlə məşğuldu), hüquqdan xəbərsiz Hüquq Departamenti, İstismardan bixəbər BRQİD-inin rəisi Rauf, baş mühəndisi N.Mustafayev, müavini Azər Aşurov və bəziləri də getməlidir ki, ,,Azəriqaz"İ.B-i qismən də olsa təmmizlənsin. Yoxsa dəyişən bir şey olmayacaq....

***

Yükləmələrə gəlincə Ağsu RQİİ də nə qədər desəniz bu kimi hallar olduğundan yeni rəhbərlik bu məsələyə xüsusi diqqət ayımalıdır. Əslində rəhbərlik yeni deyil, müavin olarkən də durumu bilirdi. Yanvar ayından bu yana sayğaclara - kim keçən il az qaz yandırıbsa, hamısına 800-900-1000 kub metr əlavə qaz yazılıb. Yuxarıdan tapşırıq belə olub.

Narazılıqlar çoxdu əhali arasında. Yoxlamaq istəyən gəlsin Kürdəmırə, Göyçaya. İsmayıllıya, Şamaxıya, Ucara. Subutlarda var. Yanvarda, ilin yekun oxunuşunda yüklənən sayğacların üstü hələ də yüklədikləri rəqəmlərə çatmayıb. Günahları öz boyunlarına.

***

Görəsən Neft-Qaz Təmir Tikinti Trestinin Rəisi Qağaməli Seyfullayevin də tayfabazlığına və digər işlərinə (Qaz İxrac İdarəsində başlatdığı) ümidvarıq ki, ARDNŞ-in Auditi biganə yanaşsa da, Rövşən Nəcəf cənabları öz mövqeyini gec olsa da, ,,Azəriqaz" İ.B-də olduğu kimi bildirəcək..."

Geri qayıt