Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvanda işsizləri İŞSİZ KİMİ PULLA qeydə alırlar...

Naxçıvanda işsizləri İŞSİZ KİMİ PULLA qeydə alırlar...


6-04-2024, 08:41
Naxçıvanda işsizləri İŞSİZ KİMİ PULLA qeydə alırlar...
Naxçıvandakı məşğulluq mərkəzləri işsiz kimi qeydiyyata almaq üçün vətəndaşlardan rüşvət tələb edirlər. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup işsiz sakin məlumat verib. Beləliklə, onlar həm işsizliyə görə təyin olunan müavinətdən, həm də mərkəzlər vasitəsi ilə iş tapmaq hüququndan məhrum olunurlar.
Bir ildən çoxdur ki işini itirən Ordubad rayon sakini B. Əliyev deyir ki, mərkəzlər işsiz statusunu ya öz yaxınlarına verirlər, ya da ki, buna görə rüşvət tələb edirlər:
“”Gəmiqaya” şirkətində sürücü işləyirdim. Ixtisara saldılar, bir ildir işsizəm. İşdən çıxdıqdan sonra Ordubad Məşğulluq Mərkəzinə müraciət etdim. Maşinist, çilingər, troktorçu və sürücü sənətim var. Deyirlər ki, iş yoxdurş Deyirəm, iş yoxdursa, işsiz kimi qeydə alın, onu da etmirlər. Lakin adamlar tanıyıram ki, işsiz kimi qeydə alıb bir il işsiz müavinatı verirlər. İşsiz müavinatını isə elə-belə vermirlər. Bir neçə aylıq müavinəti özlərinə götürmək şərti ilə verirlər. Bunun üçün də gərək tanışın olsun. Üç övladım var. Ailəmi dolandırmaq üçün məcburam Türkiyəyə işləməyə gedəm”.
Babək rayon sakini Rafiq Rzayev dəbir ildən artıqdır işsiz qaldığını, rayonun Məşğulluq Mərkəzinə müraciət etsə də, işlə təmin olunmadığından şikayət edir:
“600 manat mərmər daşı sexində fəhlə işləyirdim, ailəmi çətinliklə olsa da dolandırırdım. Bir il əvvəl iş dayandı, mənimlə bərabər çoxlu sayda insan işsiz qaldı. Məşğulluq mərkəzinə müraciət etdim. Nə iş tapdılar, nə də işsiz kimi qeydə alıb, işsiz müavinatı verdilər”.
Özünə yeni çilingər sexi açmaq istəyən Naxçıvan şəhər sakini M. Babayev də Naxçıvan Məşğulluq Mərkəzindən narazılıq edir:
“Bir neçə il başqasının yanında sexdə çilindər işləmişəm. İndi öz işimi qurmaq istəyirəm. Avadanlıq almağa isə, gücüm çatmır. Dörd aydır müraciət məşğulluq proqramı üçün etmişəm, bütün prosedurları da keçmişəm. Bu gün, sabah edirlər. Artıq gedib-gəlməkdən yorulmuşam”.

Geri qayıt