Əsas Səhifə > Gündəm, Manşet > Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi


23-04-2024, 08:28
Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
"2014-cü il noyabrın 27-də Bakı şəhərinin mərkəzində Gömrük ərazisinə aid olmayan məkanda Bakı şəhər Gömrük İdarəsinin əməkdaşları tərəfindən qandallanaraq idarə rəisi Vüsal Novruzovun xidməti otağına aparılmışam. Bundan sonra Dövlət Gömrük Komitəsi İstintaq İdarəsinin qərarına əsasən şərlənərək haqqımda həbs qəti-imkan tədbiri seçilib". Bu fikirlər Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırova ünvanladığı məktubda qeyd olunur.

Belə ki, F.Nəcəfov baş gömrükçüyə ünvanladığı məktubda qeyd edir ki 2016-cı ilin iyun ayının 1-də Bakı Ağır Cənayətlər Məhkəməsinin hökmü ilə aparılan məhkəmə istintaqının nəticəsinə əsasən, cinayət işi ləğv olunub və məhkənə onun haqqında bəraət qərarı çıxarıb: "Qanunsuz olaraq təcridxanada saxlandığım 2 ilə yaxın müddətdə mənim ailə üzvlərimlə telefon danışıqlarıma və görüşlərimə məhdidiyyət tətbiq olunub.

Hələ Müvəqqəti İstintaq Təcridxanasında saxlandığım zaman mənəvi iztirablar keçirmiş, tanıdığım adamlar və iş ortaqlarım arasında etibarımı itib, hörmətdən düşmüşəm. Buna görə də, sizin rəhbərlik etdiyiniz DGK mənə 1.500.000 (bir milyon beş yüz min) manat təzminat ödəməlidir.

Hazırda şərlənməyim ilə əlaqədar apardığım şəxsi araşdırma və məlumatlarım Ali Məhkəmənin Plenimuna və Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə baş İdarəsinə təqdim olunma mərhələsindədir" deyə, F.Nəcədov məktubda yazıb.

O, Komitə sədri Şahin Bağırova müraciətinin səbəblərini də açıqlayıb: "Siz Komitəyə sədr təyin edildikdən sonra, qurumda yaratdığınız ab-hava, son günlərdə Komitənin Hüquq Təminat İdarəsidə ədalətli "inverntarlaşma" aparmağınızla əlaqədar sizə qarşı məndə bir inam hissi yaranıb. Buna görə, sizə müraciət etmək qırarına gəldim. Bildirim ki, ölkə başçısı ilə həmyaşıdam, maliyyə və vergi orqanlarında çalışan dövlət məmuru kimi 25 illik iş təcrübəm var.

İnanıram ki, bu məktub tərəfinizdən araşdırılacaq və lazımı tədbir görüləcək, başıma gətirilən haqsızlıqlarla bağlı məsələnin ətraflı şəkildə içtimailəşdirilməsinə lüzum qalmayacaq.

Məktubda əsas diqqətçəkən məqam Fərhad Nəcəfov ona qarşı edilənlərin hələlik qapalı saxlaması və təzminatın fantastik olmasıdır.

Bizimxeber.az fantastik təzminat tələbi ilə bağlı F.Nəcəfovun fikirlərini öyrənib: "Bu məbləğ 2014-cü ildə məndən Heydər Əliyev Fonduna ödəyəcəklər adı aıltında istənilən rüşvətin 10 qatıdır".

"Təfərrüatlar barədə bir az ətraflı məlumat verərdiz" sualının cavabında isə F.Nəcəfov deyib ki, bu problemi hüquqi çərçivədə həll etməyə çalışır: "Mən ilk gündən bu şərlənmənin hüquqi çərçivədə həll olunmasının tərəfdarı olmuşam. Biz qanuni ölkədə yaşayırıq. Bakı Ağır Cənayətlər Məhkəməsi mənə bəraət verdi, günahsız olduğumu təsdiqlədi. Növbəti mərhələ isə təzminat hüququmun bərpasıdır. Amma iki ilə yaxındır təzminatla bağlı qanuni iddia arizələrim təmin erdilmir. Vəziyyət belə davam edərsə, müraciətlərim təmin olunmazsa içtimaiyyətə baş verəınlərlə bağlı daha ətraflı məlumat verəcəm. Ümid edirəm ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq və Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubuma müsbət cavab veriləcək" deyə, Fərhad Nəcəfov bildirib.

Qarşı tərəflərin mövqeylərini işıqlandırmağa hazırıq.

Bizimxeber.az

Geri qayıt