Əsas Səhifə > Gündəm, Manşet > Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları...
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları...26-04-2024, 08:38 |
Kürdəmir rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Xəlilovun əvvəlki və hazırkı fəaliyyəti dövründə "özünəxidmət" yolları barəsində məlumat vermişdik. "DogruXeber.az" xəbər verir ki, Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri idarəsində 6 aylıq müdir stajı keçən və elə bu qısa müddətdə də idarənin operatorlarından birinin iş zamanı baş vermiş ölüm hadisəsini "məharətlə" ört-basdır edərək, Kürdəmir rayonuna "transfer" olunan Xəlilovun barəsində redaksiyamıza daha bir neçə məlumatlar və görüntülər daxil olub. Görüntülərdən belə məlum olur ki, təmiri üçün hər il dövlət büdcəsindən filan qədər pul ayrılan və anındaca "hopstop" edilən təkcə Mollakənd mexaniki suvarma idarəsinin Çərtəyəz kəndində yerləşən və xarabalığı xatırladan emalatxanası deyil, eyni zamanda Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin 10-larla istismara yararsız, daha doğrusu təmirə ehtiyaclı texnikaları da var. Hansı ki, görüntüləri bizə göndərən mənbə bir ildir bu texnikaların işləmədiyi, lakin onların təmiri və yanacağı üçün mütəmadi olaraq, dövlət büdcəsindən pul ayrıldığını deyir. Onun sözlərinə görə yüz minlərlə qiyməti olan bu dövlət əmlaklarının operatorları texnikaların təmiri üçün idarənin müdiri Tahir Xəlilova dəfələrlə müraciət etsələr də, o, "mənə lazım olanda düzəldib, işləyəcəm" cavabını verib. Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun milyonçu müavini Rafiq Quliyevin hami durduğu bu "ərköyün" oğlan bəlli ki, rayonun ərazisindəki kollektor və su kanallarının təmizlik işlərini həyata keçirmir. "Metallom həyəti"ni xatırladan istismar yararsız bu texnikalar Tahir Xəlilov fəaliyyətinin bariz nümunəsidir. Kimsəyə sirr deyil ki, bütün Suvarma Sistemləri idarələrinin bütün texnikalarının təmiri və yanacağı üçün dövlət büdcəsindən mütəmadi olaraq, müəyyən məbləğlər ayrılır. Elə isə maraqlıdır, vaxtaşırı kollektivinin "sevimli simaları" ilə restoranlarda ziyafət təşkil etdiyi deyilən "şahzadə" Xəlilov bu məbləğləri yoxa çıxarmaq üçün hansı "sehr növü"ndən istifadə edir ki, bu vaxta qədər ona "gözün üstə, qaşın var deyən olmayıb?" Yox, bu sehr gücü də deyil əslində. Yeri gəlmişkən, mənbənin redaksiyamıza bildirdiyinə görə milyonçu müavin Rafiq Aslanovun himayəsinə sığınan Tahir Xəlilov, eyni zamanda Zaur Mikayılovun keçmiş iş yoldaşı olub, yəni onun da hiper marketdə bir ticarət keçmişi var. "Market" deyib, keçməyin. Görünür keçmişi Xəlilovun həyatının ən böyük şansı olub ki, bu gün o, əli cibində, dövlətin büdcəsinə "düdük uzadıb", havayı pulları doya-doya sovurur. Elə bu "havadan gələn" sorğu-sualsız pulların verdiyi özgüvəndir ki, bu gün o, işçilərlə də, vətəndaşlarla da, mətbuat nümayəndələri ilə də nə səmimi, nə də hüquqi əsaslarla danışmağı bacarır. Əlləri rüşvətə alışan, beyinləri yalnız pul qarşılığında hərəkət etməyə çalışan Tahir Xəlilov da, onun həmkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov da "hər dərdə kontur pulu ilə dərman tapacaqlarını" zənn edirlər. Söz yox ki, biraz da burada hamilərinin varlığından qaynaqlanan "yekəxanalıq" var. Əlbəttə, qurumun rəhbəri Zaur Mikayılovun iş yoldaşı olmaq şansı Tahir Xəlilov kimi və Rafiq Aslanov kimi tələbə yoldaşı, olmaq şansı Əhliman Kərimov kimi hər adama qismət olmur... Amma, atalar misalıdır, "balığın ömrü sudan çıxıncadır"... Haqqında bəhs etdiyimiz "balıqların suda hələ uzun müddət qalmaları şansı" onların həm də yüksək alver bacarığına söykənir. Belə ki, yerli əhali tərəfindən "Yanacaqdoldurma məntəqəsi" kimi tanınan Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da Tahir Xəlilov kimi "geniş ticarət əlaqələri " mövcuddur. Texnikaların, emalatxananın və sair təmiri, avadanlıqların alınması, yanacaq sərfiyyatı və sair adları altından dövlət büdcəsindən "əkişdirdiyi" pullardan əlavə, işə işçilər götürmək, həmçinin idarənin texnikalarını - yeni dövlət əmlaklarını iş adamlarına gündəlik icarəyə verməklə də cibini doldurur. Hələ öz yaxınlarının adların rəhbərlik etdiyi idarədə "işlə təmin edib", cibində gəzdirdiyi "ölü canlar"ın maaş kartlarını demirik. Hansı ki, xatırlayırsınızsa, bütün bunlar barəsində idarənin keçmiş əməkdaşı tərəfindən"DogruXeber.az" bildirilən məlumatları diqqətinizə çatdırmışdıq. Yerli sakinlərin redaksiyamıza bildirdiyinə görə bütün qanunsuz əməllərinin ifşa olunmasına rəğmən Zərdab rayon Suvarma Sistemləri İdarəsinin nə strukturunda, nə də heçolmasa müdürü Əhliman Kərimovun fəaliyyətində zərrə qədər dəyişiklik yoxdur. "Köhnə hamam, köhnə tas"... "Tələbəlik illərinin şansı" bu gün də onu müşaiyət edən "bəxtəvər" müdür dövlətin milyonlar xərclədiyi idarə və əmlakları ilə özünə sərvət toplamaqda davam edir. Necə deyərlər, itirən dövlət, qazanan Zaur Mikayılov, Rafiq Aslanov, Əhliman Kərimov, Tahir Xəlilov və eləcə də Zaur Mikayılovun digər bir çox rayonlara müdür təyin etdiyi şəxslərdir. O, şəxslər ki, Əhliman Kərimovun, Tahir Xəlilovun "pul qazanmaq metodları"ndan istifadə edərək, yalnız özlərinə xidmət edir və çox böyük "canfəşanlıq"la vətəndaşları dövlətə qarşı qaldırmağa çalışırlar. Dövlətin büdcəsini və əmlaklarını qəddarcasına dağıdıb, ölkənin vətəndaşlarına vəzifə borcları olan xidməti göstərməmək, şikayətçi olan şəxslərə isə "get kimə deyirsən de " deyərək, kimsədən, hətta qanunlardan qorxan insanlara qanunlardan belə qorxmadıqları aşkar göstərmək o, insanları məqsədli şəkildə dövlətin qanunlarına və dövlətə qarşı qaldırmağa köklənmiş fəaliyyət olduğunu göstərir. Bu isə o, deməkdir ki, ölkə başçısının ona göstərdiyi etimadı sözügedən qurumun rəhbəri Zaur Mikayılov birinci növbədə məhz ölkə başçısının özünün və dövlətçiliyin əleyhinə istifadə edir. Hakimiyyətin mənbəyi olan xalqı əlindəki səlahiyyətlərdən istifadə edərək, dövlətdən və hakimiyyətdən narazı salmağın başqa adı yoxdur. Zaur Mikayılov və onun komandası kimi məmurların bu cür dırnaqarası xidmətləri narazı xalqa "bu ölkənin yiyəsi yoxdur, olsa bunlar belə at oynamazdılar" dedizdirirsə, bu hakimiyyətin xalq arasındakı nüfuzuna məmurlar tərəfindən məqsədli şəkildə xələl gətirməkdir. Mövzunu davam etdirəcəyik. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |