Əsas Səhifə > Gündəm, Manşet > Vasif Talıbovun kadrlarına cinayət işi açılır

Vasif Talıbovun kadrlarına cinayət işi açılır


27-04-2024, 08:42
Vasif Talıbovun kadrlarına cinayət işi açılır
Yola salmaqda olduğumuz həftənin ən diqqətçəkən hadisələrindən biri də Naxçıvan Muxtar Respublikasının Baş naziri postunda edilən dəyişiklikdir desək, yanılmarıq. dia-az.life qeyd edir ki, əslinfə Səbuhi Məmmədovun bu postda saxlanılması köhnə XAN DÖVRÜnün davamı kimi yozulmaqda idi. Elə buna görə də, bu SƏSSİZ dəyişikliyin böyük proseslərə - Vasif Talıbovdan qurtulmanın yeni mərkələsinə rəvac verəcəyinə şübhə qalmır.

Xatırladaq ki, Səbuhi Məmmədovu Ceyhun Cəlilov əvəzlədi. O Ceyhun Məmmədov ki, MR-nın ƏƏSMN şefi postunu tuturdu. Amma burada bir məqam da var: Ceyhun Cəlilov öz əvvəlki postunda heç də müsbət təəəssürat yaratmayıb və barəsində ən çox şikayət olunan bir fiqurdur. Amma buna rəğmən ona belə bir mühüm post həvalə olundu. Deməli, bu təyinatda ictimai reputasiyanın müsbət olub-olmaması yox, digər faktorlar rol oynayıb.

Bu arada dia-az.life-ya maraqlı bir informasiya daxil olub. Belə ki, mötəbər mənbənin bildirdiyinə görə, Səbuhi Məmmədov təkcə postunu itirməyəcək. Mənbə iddia edir ki, onun barəsində hüquqi işləmlər də başlayacaq. Tək bu da deyil. Mənbənin sözlərinə görə, eyni zamanda bir neçə gün əvvəl işindən atılmış Naxçıvan aeroportunun keçmiş rəisi Mənşur Gülməmmədli də maliyyə yeyintiləri ittihamı ilə istintaqa cəlb olunacaq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt