Əsas Səhifə > Gündəm, Manşet > Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR...
Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR...9-05-2024, 08:19 |
"Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!" dia-az.life bildirir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat təqdim edib. Jurnalist daha sonra bildirir: "AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin tərzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq". dia-az.life qeyd edir ki, C.Həsənli ardından da konkret faktları açıqlayır: "Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı MURAD RESİDENCEdir. Yəni Murad Təhməzli Residense! Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin. direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb. O 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub". Geri qayıt |