Əsas Səhifə > Gündəm, Manşet > "“Azərqaz” bizi rəsmən süründürür..."
"“Azərqaz” bizi rəsmən süründürür..."20-06-2024, 08:51 |
Suraxanı rayonu, "Quşçuluq sovxozu"nun sakini Məmmədov Müslüm Səlim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi SOCAR və “Azəriqaz”dan narazılığını bildirir: “Mən, Məmmədov Müslüm Səlim oğlu, yazaraq bildirirəm ki, 2022-ci ildə Suraxanı rayonu, "Quşçuluq sovxozu" ərazisində ev tikmişəm. Hal-hazırda da orada yaşayıram. Evimə qanuna uyğun olaraq elektrik və su xətti çəkilib. Ancaq “Azərqaz” bizi "süründürür", qaz vermir. Bildirirlər ki, SOCAR-a müraciət edin. SOCAR isə deyir ki, bizlik deyil, “Azəriqaz”ın səlahiyyətinə aid məsələdir. Bir sözlə, heç bir qurum əlini uzadıb kömək etmək istəmir. Bir-birlərinin üzərinə atıb, bizi çarəsiz vəziyyətdə qoyurlar. Bütün qonşular qazla təmin olunub, amma bizə gələndə problemi böyüdürlər. Xətt üçün lazım olan avadanlıqların alınması üçün də bütün qonşular yığılıb, almışıq. Xahiş edirik, bizim problemi işıqlandırın, bəlkə rəsmi qurumlar bir tədbir görələr". Geri qayıt |