Əsas Səhifə > Gündəm, Manşet > “Yaşam Recidens” vətəndaşı aldadıb
“Yaşam Recidens” vətəndaşı aldadıb1-07-2024, 12:47 |
“Yaşam Recidens” tikitin şirkəti ondan mənzil alan vətəndaşı aldadıb. Tribunainfo.az xəbər verir ki, aldadılmaya məruz qalan şəxs isə Bakı sakini Aygün Qasımovadır. O bildirir ki, sözügedən şirkətdən müqavilə ilə 5 illik 62.7 kv.m mənzil alıb. Hər kvadrat metri üçün 1450 manat pul ödəyən xanım Qasımova evinə çıxarış alan zaman məlum olub ki, mənzilin ölçüsü kiçikdir. “Məndən müqavilənin əslini və verdikləri qəbzləri aldılar. Dedilər ki, “Sizə çıxarış hazırlayacağıq”. Sonra mənə MTK-nın ümümi iclasından çıxarış verdilər və orada artıq ümumi sahəsi 46.7 kv m, yaşayış sahəsi 19.6 kv m göstərilirdi. Və dedilər ki, bu sənədin əsasında ASAN 1-dən çıxarış alım”. Aygün Qasımova yazır ki, həmin sənəddə aldığı mənzilin sahəsini 16 kv.m az göstəriblər. “Bu o deməkdir ki, şirkət məndən 23200 manat artıq pul alıb”. Hüquqşünas Kənan Qələndərov məsələ ilə bağlı bildirib ki, müqavilə qanunsuzdur. “Mənzil içdən-içə yox, oxdan-oxa hesablanıb. Belə hallarda vətəndaşlar MTK-nın, yəni hüquqi şəxsin ünvanının yerləşdiyi məhkəməyə müraciət edə bilərlər”. Tribunainfo.az bildirir ki, vəkil İsrafil Əlili mənzilin sahəsinin alqı-satqıda elan ediləndən daha kiçik çıxması o deməkdir ki, MTK müştəriyə qüsurlu mənzil satdığnı deyir. «Əgər MTK sizdən 130 kvadratmetrlik mənzilin pulunu alıbsa, amma sonradan çıxarış alanda burada daha az kvadrat sahəsi yazılıbsa, siz çatışmayan, məsələn 15-20 kvadratmetr sahənin pulunu MTK-dan məhkəmə yolu ilə geri ala bilərsiniz”. Vəkil bildirir ki, hazırda bununla bağlı kifayət qədər məhkəmə tiəcrübəsi formalaşıb: «Məhkəmələr ekspertiza təyin edir və məlum olur ki, mənzilin sahəsi həqiqətən maliyyə arayışında göstəriləndən aşağıdır. Bu isə o deməkdir ki, MTK vətəndaşı aldadıb. Bununla bağlı kifayət qədər məhkəmə təcrübəsi var, yəni məhkəmələr vətəndaşın xeyrinə qərar çıxarıb və alıcıya kompensasiya təyin ediblər, belə qərarların sayı çoxdur». Geri qayıt |