Əsas Səhifə > Gündəm, Manşet > Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI...
Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI...2-07-2024, 09:07 |
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəmi iki ay qalıb. Bu ilin sentyabır ayının 1-də parlamentə növbəti növbədənkənar seçkilər keçiriləcək. Artıq bir neçə siyasi partiya mənsubu, tanınmış şəxslər bu dəfəki seçkilərdə öz namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Artıq hər kəsə bəllidir ki, bu seçkilərdə parlamentin bir çox üzvü öz mandatını itirəcək. Yeni Azərbaycan Partiyasının namizədləri içərisində də bir çoxu öz mandatını təhvil verməli olacaq. Maraqlıdır ki, bu seçkilərdə yenidən parlamentə düşmək istəyən bəzi YAP üzvlərinə indidən qapını göstəriblər. Çoxlarına bəllidir ki, YAP açıq şəkildə bəyan edib ki, partiyanın bu dəfəki namizədləri modern düşüncə sahibi olan şəxslər olacaq. Bir çox rayonlarında YAP sədrlərinə bu barədə göstəriş verilib. Bu dəfə parlamenti özü üçün qoruma yolu seçən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilən Malik Həsənov haqqında məlumat verəcəyik. 4 ildir ki, cəlilabadlılar millət vəkilləri Malik Həsənovu axtarıb tapa bilmirlər. Keçən iki cağırış Malik Həsənov bir dəfə də olsun secicilərini ziyarət etməyib. Bunu biz demirik. Onun seciciləri sosial şəbəkədə yazırlar. Görünür Malik Həsənovun secicilərinin qarşısına cıxacaq nə üz var, nə də sözü… Bu illər ərzində millət vəkili ancaq öz biznesini genişləndirməklə məşğul olub. Bu sahədə öz bacarığını nümüyiş etdirib. O, millət vəkili kimi deyil, daha çox biznesmen kimi tanınır. Malik Həsənovun əlinin altında sahib olduğu onlarla şirkət, restoran, ticarət mərkəzləri var. “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. Bəziləri zarafatla deyirlər ki, Cəlilabad məhz Həsənovların kurasiyasındadır. Yəni bütünlüklə bu rayon Həsənovlara xidmət edir və istədikləri vaxt bu rayona başçı təyin etdirə və yaxud cıxarda bilirlər. Bir sözlə Həsənovlar bu rayonun mütləq hakimləridir. Bütün bu gücə baxmayaraq nədənsə Malik Həsənov və onun himayəçiləri sadə secici ilə maraqlanmır. Amma nədənsə 44 günlük Vətən Müharibəsi zamanı yoxa çıxan Malik Həsənov hələdə üzə çıxmayıb. Cəlilabadlılar yazır ki, əgər bizim millət vəkilini tanıyan varsa desin ki, onun yolunu gözləyirik. Cəlilabadlıların axtardığı Malik Həsənov kimdir? Malik Həsənov 1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Rus dilini bilir. 1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləyib. 2007–2010-cu illərdə «Azinko Holdinq» tikinti şirkətinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, İsveçrə, Latviya, Monteneqro, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür. Evlidir, 3 övladı var. Göründüyü kimi parlamentdə də Malik Həsənov özünə lazım olan ölkələrin işçi qruplarında təmsil olunub. 10 il ərzində axtardıqları millət vəkillərini cəlilabadlılar yəqin ki, yaxın 15-20 gündə tapacaqlar. Çünki yenidən deputat olmaq üçün Malik Həsənov məcburən secicilərinin ayağına getməli olacaq. veteninfo.az Geri qayıt |