Əsas Səhifə > Gündəm, Manşet > Saxta məhsul satmaları bir yana...
Saxta məhsul satmaları bir yana...27-07-2024, 12:33 |
"Paylaşıram məlumatınız olsun. "Safir Parfum"-dən orijinla adı ilə "Bvlgari Tygar" ətiri aldım, yoxladım orijinal deyil. Saxta olduğuna dair sübutlar göstərib desəm də, tərslik edib qəbul etmirlər..." Dia-az.İnfo bildirir ki, Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Azər Mirzəyev adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra fikrini başına gələnlərlə belə əsaslandırır: "Əsas gətirdikləri məntiqsiz arqumentə baxın - "Bu parfumu alanlar narazı deyil siz nə əsasla narazısız biz başa düşə bilmirk" Problem də odur ki, siz başa düşə bilmirsiz. 1. Məhsulun qoxusu orijinaldakı kimi deyil 2. Qalıcılıq deyildiyi kimi deyil 3. Qablaşma orijinal deyil 1 və 2 qaydasında olsaydı 3-ün önəmi yox idi. Kimsə orijinalı tanımır və bəh-bəhlə işlədirsə bu məhsulun orijinallığı demək olmur. Dələduzlardan uzaq qalasız deyə aşağıda səhifələrini qeyd edirəm ki əhvalınız pozulmasın. Aidiyyatı dövlət qurumları lazım olduğu kimi işləmir..." Geri qayıt |