Əsas Səhifə > Gündəm, Manşet > "Heç ölkənin güc strukturları adamı belə yormur"
"Heç ölkənin güc strukturları adamı belə yormur"28-07-2024, 08:45 |
“Bir həftədən çoxdur ki, Zoopark-ın biletlərinin qiymətlərinin qalxması xəbəri ilə bağlı süjet üzərində əməlli-başlı işləyirik. İki müxbir, bir redaktor vurnuxuruq. DTX heç belə işləmir”. Dia-azİnfo-nun məlumatına görə, bunu jurnalist Könül Aypara öz etirazında ifadə edib. Jurnalist daha sonra bildirir: “Zoopark-ın sözçüsü olmadığından rəhbərliklə əlaqə saxladıq. Azər müəllim bildirdi ki, şəhərdə deyil, bir email verdi, "bura sorğu göndərin". Dedim, ay müəllim, neçənci əsrdə yaşayırıq? Heç ölkənin güc strukturları adamı belə yormur, qiymət niyə qalxıb, necə, nə cür, standup, qayıdacaq müxbir geri. Burda nə var ki? -Bizdə belədir, adam yoxdur jurnalistlərin suallarını dərhal, operativ cavablandırsın. Yenə "plan"ımızı açıb başladıq üzərində işləməyə, daha doğrusu, verilən email-ə məktub yazdıq. Burda da alınmadı. Başqa bir email lə yoxladıq, yenə alınmadı... Dedim, Azər müəllim, verdiyiniz ünvan işləmir e... Kişi hirsləndi: -Bax, görürsüz, mən direktor deyiləm, amma jurnalistlər məni direktor kimi qələmə verirlər. -Onu demirəm e, bu biletlərin qiymətindən danışmaq istəyirik. -Siz də yazın ki, mətbuatla danışan bir adam yoxdur orda... -Qiymətlər... -Mən də ölkədə yox idim, elə indi gəlmişəm. -Bəs biletin qiymətləri? Açıqlama verə.... -Email göndərəcəm, ora yazın, cavablandıracaqlar. Həmin işləməyən email adresi gəldi yenə Deyirəm qızlara, "A" planımız alınmadı, keçək "B"-yə”. Geri qayıt |