Əsas Səhifə > Gündəm, Manşet > Qiymət qalxandan sonra yeni müqavilə NİYƏ BAĞLANMADI Kİ?..

Qiymət qalxandan sonra yeni müqavilə NİYƏ BAĞLANMADI Kİ?..


24-08-2024, 09:14
Qiymət qalxandan sonra yeni müqavilə NİYƏ BAĞLANMADI Kİ?..
"Mənim şikayətim "Aztelekom"dandır". Dia-az.İnfo bildirir ki, bu barədə şikayətçi düşən "Aztelekom" müştərisi Elnar Hacıyev olduqca ilginc bir məqamı diqqətə çatdırır və haqlı suallarına sözügedən qurumdan cavab tələb edir.
Narazı vətəndaş bildirir: "Avqustun 15 dən aylıq internetin qiyməti 25 manat oldu. 27 manat ödəyəndən sonra internet açıldı. Yəni 25 manat də yox... 27 manat.
Söz deyən kimidə deyirlər "Biz müqavilə bağlamışıq, müqavilənin vaxtı bitməmiş bu provayderdən çıxa bilməzsiz"
Amma bir adam demir ki, əgər bu müqavilədirsə, onu birinci elə siz pozursunuz. Müqavilə aylıq 21 manata bağlanıb. Indi 27 manata qaldırmaqla müqaviləni birinci siz özünüz pozmuş olursunuz. Və məni cərimələməyə, əlimdən ev telefonunu almağa sizin ixtiyarınız yoxdur.
Bu bir...
İkincisi də odur ki internetin surətində heç bir dəyişiklik yoxdur. Yəni göz görə-görə bizi qazlayırlar...

Əgər normal ölkə olsaydı, "Aztelekom"u məhkəməyə verib, məhz müqaviləni pozduğuna görə, kütləvi qaydada cərimələtdirmək olardı..."

Geri qayıt