Əsas Səhifə > Gündəm, Manşet > Əli qabarlı neftçi... ən primitiv HÜQUQ DAVASINDA...
Əli qabarlı neftçi... ən primitiv HÜQUQ DAVASINDA...31-08-2024, 09:37 |
Neftçilərin Hüquqlarının MÜdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bir neçə neft çalışanının gileyini ictimailəşdirib. Dia-az.İnfo tanınmış hüquq müdafiəçisinə istinadla həmin şikayətlərdən bəzilərini təqdim edir... Beləliklə... "Azneft" İstehsalat Birliyinin Neft Daşlarının 3-cü mədənindən işçilər yazır: "Biz artıq avqustun 24-dən etibarən növbəni dəyişə bilmirik. Dünən də... bu gündə... 1.5-2.0 metr dalğa olacağı deyilir, amma yenə də dəyişmədilər. Gəmilər işləmədi. Nə edək? Gələn ay acından qırılaqmı? Sabah və o birisigün 2.5 metr olacaq dalğanınb hündürlüyü. Qaldıq gələn aya. O da dəyişsələr. Bu böyük gəmini də vermirlər ki dəyişək növbələrimizi. Hələ "otpuska"ya gedən işçilərə də deyiblər ki, əgər qalsanız işdə sizə gün yazılmayacaq. Çünki əmr gəlib artıq. Elə şeymi olar? İşdə olasan gün yazmasınlar??. Gülməlidi vallah. Digər idarələrdə olduğu kimi qrafiki sərbəst dəyişsəydilər, bizə də gün ağlayardılar..." Başqa bir şikayət müraciətində isə neftçinin həyat yoldaşı yazır: "Mənim yoldaşım "28 May" NQÇİ də çalışır. Əvvəllər bir həftəlik rejimdə çalışırdı, indi isə 15 günlük. Bir neçə dəfə müraciət etsə də, 15 günlükdən bir həftəlik rejiminə keçirmədilər. Necə olur idarə işçiləri rəisə müraciət edib bir həftəlik işləyə bilir, sadə fəhlə isə yox?! Əgər qanun hamı üçündürsə, onda niyə onlara olar, amma mənim yoldaşıma yox? Təzə rəis gəlib idarəyə, ümid edirdik ki, bəlkə o göz işığı verər camaata... amma yox. Köhnə hamam köhnə tas. İcazə yoxdursa, onda bir həftəlik işləyənləri də eləsinlər 15 günlük. Xahiş edirəm mənim bu yazımı dərc edəsiniz, bəlkə insafları oyanar..." Geri qayıt |