Əsas Səhifə > Gündəm, Manşet > `Azəriqaz`da işçini BELƏ ŞƏRLƏYİRLƏR...
`Azəriqaz`da işçini BELƏ ŞƏRLƏYİRLƏR...14-09-2024, 09:24 |
Dost MMC-nin işçisi, 2-ci Qarabağ Müharibəsi iştirakçısı Bayramov Elçin Mürşüd oğlu ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir: "Bu şikayət ərizəmlə yazıb sizə bildirirəm ki, 13.09.2024 ci il tarixində saat 09:00 da Ağsu RQİİ XS-nin rəisi Kənan Mitalibov Göyçay XS-nin idarə xidmət otağında üzərimə olmayan vəzifəmə görə mənə yersiz sözlər , ittiham yağdıraraq texniki müayinə aktlarının Qaz Təsərrüfatı Nəzarətçilərinə guya saydan artıq akt verdiyimə görə mühakimə edmişdir. Halbuki mənim vəzifəm Qaz Təsərrüfatı Nəzarətçisi yanında yardımci fəhlədir. Lakin 10.10.2023 ci il tarixindən 12.09.2024 ci il tarixə qədər idarə daxili alqı - satqı müqaviləsi, mənzillərdə keçirilən texniki müayinə aktlarının pdf olunması, və bazaya yerləşdirilməsi işlərini görürəm, 04.03.2024 ci il tarixdən səhhətimdə yaranan vəziyyətlə əlaqədar 55 gün məzuniyyətdə olmagıma baxmayaraq 27.03.2024 - ci il tarixdən yenə işlərimin davam etdirmişəm. Əmək haqqım 345 AZN-dir. Sizdən Ağsu RQİİ XS-nin rəisi Kənan Mitalibovun öz vəzifəsini düzgün yerinə yetirməməsini, xidmət sahələrində lazımı yerinə işçilərin düzgün bölgü etməməsinə görə ölçü götürülməsini xahiş edirəm. Və texniki müayinə aktlarının cavabdeh olmadığımı Baş Prokurorluğa da öz ərizəmlə də qeyd etmişəm". Geri qayıt |