Əsas Səhifə > Gündəm, Manşet > Fətullah Gülən cameəsini Azərbaycanda qara günlər gözləyir

Fətullah Gülən cameəsini Azərbaycanda qara günlər gözləyir


30-08-2014, 11:33
Fətullah Gülən cameəsini Azərbaycanda qara günlər gözləyir
DİA.AZ: - Azərbaycanda nurçulara qarşı yeni dalğa baş qaldıra bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya ötürülüb. Xəbəri verən qaynaq iddia edir ki, Türkiyənin yenicə olaraq prezidentlik andı içmiş lideri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin ardından sözügedən istiqamətdə ciddi hərəkətlənmə müşahidə oluna bilər.

Mənbənin dia-az.life-a söylədikləri: «Azərbaycanın dövlət rəhbərliyi ilə rəsmi Ankara arasında təkcə ölkələrimizin qardaşlığından irəli gələn münasibətlər deyil, həm də bir dostluq əlaqələri mövcuddur. Necə ki, keçən əsrin əvvəllərində Azərbaycan dövləti Türkiyəyə dəstək verib, indi də rəsmi Bakı rəsmi Ankaranın yanındadır və istənilən bir təhlükə mesajını dəyərləndirərək Türkiyənin istəyinə uyğun addımları atır.

Elə buna görə də israrlı şəkildə «ABŞ-ın postmodern islam» layihəsi kimi dəyərləndirilən Fətullah Gülən camaatına qarşı Ərdoğanın apardığı mübarizədə rəsmi Bakının dəstəyini əsirgəməyəcəyi şübhəsizdir.

Elə buna qədər də baş verənlər - Gülən camaatına aid liseylərin, iş yerlərinin, dərsxanaların bağlanması da rəsmi Bakının Türkiyə hökumətinə jesti kimi dəyərləndirilməlidir».

Mənbə bildirir ki, Ərdoğanın Bakı səfərinin ardından əsas olaraq hədəf seçiləcək ünvanlardan biri «Qafqaz» Universitet iola bilər. «Doğrudur, bu ali təhsil ocağı bağlanmayacaq, amma əl dəyişdirəcəyi şübhəsizdir» deyən mənbəmiz onu da vurğuladı ki, paralel olaraq Gülən camaatına yaxın iş adamlarının da hədəfdə olacağı gözləniləndir.

Onu da bildirək ki, bu arada Türkiyənin prezidenti Əl-Cəzirə telekanalına müsahibə verib. DİA.AZ bildirir ki, Ərdoğan müsahibəsində «paralel dövlət»lə - gülənçilərlə bağlı mübarizələrinin davamlı olacağını net şəkildə ifadə edib. Türkiyə prezidenti bildirib ki, hələ gülənçilərəl qarşı mübarizələrinin əvvəllindədirlər. Bu isə o deməkdir ki, əsl həngamə hələ irəlidədir və bu həngamənin əsas ünvanlarından birinin də Azərbaycan olacağı şəkksizdir…

Geri qayıt