Əsas Səhifə > Gündəm, Manşet > Hakimiyyət parlament seçkilərinə yeni icra başçıları ilə gedir
Hakimiyyət parlament seçkilərinə yeni icra başçıları ilə gedir3-09-2014, 10:42 |
DİA.AZ: - «Bir neçə rayonun icra başçısı ilə bağlı sərt ölçü götürüləcək. Ümumiyyətlə icra başçılarının total ələməsi prosesi gözlənilir». Bunu redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Qaynaq DİA.AZ-a açıqlamasında vurğulayıb ki, gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində cəmiyyətə jest olaraq hakimiyyət tərəfindən bir sıra addımların atılması planlaşdırılır. Xatırladaq ki, 20-yə yaxın rayonun icra başçısının vəzifələrindən azad ediləcəyi haqda xəbəri hələ xeyli əvvəldən diqqətinizə çatdırmışdıq. Etibarlı mənbədən aldığımız son məlumatda isə bildirilir ki, artıq onlardan bəzilərinə bu barədə ön xəbərdarlığı edilib: «Konkret olaraq Goranboy, Ağsu, Xaçmaz, Şəmkir, Qazax və Saatlı rayonlarının icra hakimiyyəti başçıları xəbərdarlıqlarını alıblar. Onlar barəsində ölçünün götürülməsi an işidir». Mənbəmiz eyni zamanda Bakının Xətai, Xəzər və Yasamal rayonlarının başçılarının da dəyişdiriləcəyini bildirib. dia-az.life-a danışan mənbə iddia edir ki, qarşıdan gələn parlament seçkilərinə hakimiyyət yeni icra başçıları ilə getmək niyyətindədir: “Demək olar ki, iqtidar düşərgəsi aşağıdan yenilənmə xəttini götürüb. Total dəyişikliklərin start düyməsi isə sentyabr ayının ortalarında basıla bilər. Hələlik tədarük görülür”. Geri qayıt |