Əsas Səhifə > Gündəm, Manşet > Putinlə İlham Əliyevin Həştərxan görüşü qısa olsa da, ciddi qərar verilib
Putinlə İlham Əliyevin Həştərxan görüşü qısa olsa da, ciddi qərar verilib3-10-2014, 14:09 |
DİA.AZ: - «Rusiya ilə Azərbaycanın arasındakı yaxınlaşma rəsmi İrəvanı isterikaya salıb». Bu sözləri DİA.AZ-a söyləyən diplomatik qaynaq bildirir ki, Kremlin Qarabağ məsələsində Azərbaycana yandaşlıq etməyə başlaması Ermənistan tərəfindən çox pis qarşılanıb ki, bu da onların isterik addımlar atmasına gətirib çıxarıb. Mənbənin dia-az.life-a bildirdikləri: «Nəticədə Ermənistan Qərblə yaxınlaşqma meyilləri nümayiş etdirir. Eyni zamanda Ermənistan rəhbərliyi tərəfindən ölkə daxilində antiRusiya qüvvələri qızışdırılır. Təbii ki, bütün bunları müşahidə edən Kreml ermənilərin ayaqlarına döşənmək niyyətində deyil. Rusiyanın ermənilərə təzyiq rıçaqları yetərincədir». Mənbə iddia edir ki, bütün bunların əsas səbəblərindən biri Azərbaycan və Rusiya prezidentlərinin bu günlərdə Rusiyanın Həştərxan şəhərində görüşləri zamanı əldə etdikləri nəticədir: «Bu görüş barədə mətbuata çox az informasiya verilir. Səbəbləri aydındır. Görüş qısa olsa da, Mühüm anlaşma əldə olunub. Azərbaycan gələn il Qarabağ cəbhəsində böyük irəliləyişə nail olacaq». Geri qayıt |