Əsas Səhifə > Gündəm, Manşet > Sabirabadda “Cuhud” ləqəbli məmurun ilginc karyera yolu – İcra başçısı nədən onun vəzifəsini böyütmək istəyir
Sabirabadda “Cuhud” ləqəbli məmurun ilginc karyera yolu – İcra başçısı nədən onun vəzifəsini böyütmək istəyir9-03-2015, 10:35 |
DİA.AZ: - Redaksiyamıza daxil olan müraciətdə Sabirabad rayon icra hakimiyyəti daxilində gedən oyunlardan, yerli məmrular arasındakı nifaqdan danışlır. Sabirbada sakinləri DİA.AZ yazırlar ki, bu gün rayonda Heydər Yaqubov adlı bir oliqarx-məmur var ki, bütün “qara işlər” də onun daı ilə bağlıdır. dia-az.life-a daxil olan məlumatda deyilir: “Sabirabadda Heydər Yaqubovu tanımayan yoxdur. Elə bilməyin yaxşı mənada. Rayonda bütün “qara işləri” həmişə birinci şəxslər ona həvalə ediblər. Rayonda torpaq “islahatını” da camaat arasında “Cuhud” kimi ad çıxarmış Yaqubov keçirib. Bu gün də cammat Yaqubovun özbaşınalığının altını çəkir. Kimin pulu olub kənd ərazisində, yoxsullara isə uzaq yerlərdən, kolluqdan, çalalardan pay torpağı verilib. Bunun müqabilində o karrıca pullaşıb. Bakıda bir neçə ev alıb, bahalı maşınlarının açarlarını səhv salır. İcra Hakimiyyəti başçısının Aqrar məsələlər üzrə müavini Heydər Yaqubov 2005-ci ildə deputat olmaq istədi. YAP-ın xətti ilə namizədliyinin verilməsinə də nail oldu. Düşündü ki, bəlkə YAP adı ilə keçdi. Nəticə nə oldu, ona səs verən olmadı. Taxıla görə subsidiyanın verilməsi onun çiçəyini çırtlatdı. İldə 350-400 min təmiz gəlir götürürdü. Hər hektara 40 manatdan hesablayın, görün, nə qədər edir. 5 il əvvəl rayonun başçısı olmuş Heydər Abbasov onunla ortaq idi. Rayona gələn yeni başçı Nazim İsmayılov əvvəl-əvvəl Heydər Yaqubovun yolunu bağlamaq istədi. Rayona gəldiyi gün Yaqubovun kağız üzərində yazdığı, yəni örüş sahəsini əkin sahəsi kimi göstərdiyi 10 min hektarı ləğv etdi. Lakin bu da əvvəlki tək Yaqubovun pul qazanmaq səriştəsini görüb yanına aldı. Bu gün də yenə şıdrığı alver gedir. Heydər Yaqubov "fərasətinə" görə yenə əziz-xələfdir. Arxada qalan 3 ildə saxtakarlığa görə bir neçə vəzifəli şəxs həbs olunsa da, vəzifədən çıxsa da, yenə Yaqubov pul sayır. İş o yerə gəlib çatıb ki, Nazim İsmayılov onu birinci müavin etmək istəyir. Deyək ki, o 1996-cı ildən icra hakimiyyətində aqrar şöbənin müdiridir. 2010-cu ildən birinci müvin Həsən Həsənovdur. Həsən Həsənov elmlər namizədi olmasına baxmayaraq, pul işində Heydər Yaqubov kimi “fərasətli” deyil. Elə buna görə də, indidən Yaqubovu yeni postunda təbrik edə bilərik. Çünki başçıya elə beləsi lazımdır”... Geri qayıt |