AMERİKADA DA SEL QAÇQINLARI ORDUSU YARANIR
Tarix: 31-08-2012, 13:36 |
Çap et
60 MİN ƏHALİNİN KÖÇÜRÜLMƏSİ QƏRARI VERİLDİ
DİA.AZ: - ABŞ-DA 60 min nəfərin yaşadığı ərazi təhlükə altına düşdüyündən, sakinlərin köçürülməsinə qərar verilib. DİA.AZ Amerika mətbuatına istinadən xəbər verir ki, Luiziana ştatında baş verən qasırğanın nəticəsində iki ştatın sərhəddində yerləşən su ambarı yıxılma təhlükəsi ilə üz-üzə qalıb.
Məlumatda deyilir ki, artıq 3 min nəfər təcili surətdə köçürülüb. ABŞ rəsmiləri Tangipahoa çayında su səviyyəsinin təhlükəli dərəcədə yüksəldiyini və bu səbəbdən də Missisipi ştatının sərhədə yaxın yaşayış bölgələrinin su altında qalacağını da bildiriblər.