"Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                 

RAYONLARDA ADAM QALMAYIB
Tarix: 30-10-2011, 12:51 | Çap et
RAYONLARDA ADAM QALMAYIB

ƏHALİNİN 60 FAİZİ BAKIDADIR

- Səhər saat 8-də işdə olmalıyam, evimlə işimin arasındakı məsafə 10-15 dəqiqəlikdi, amma mən 7-də çıxmağa məcburam. Çünki avtobuslar basabas olur, ya minə bilmirsən, ya tıxacda qalırsan.

Uzun illər Bakıda yaşayan İlahə Nəbiyeva deyir, elə bil Bakıda adamların sayı çoxalıb:

- Mənim ailəm də işsizliyə görə 1997-ci ildə Bakıya köçüb. Amma o vaxt bu qədər adam, maşın yox idi. İndi isə elə deyil. Bakı sanki bir qutudur, o qədər doldurublar ki, bu dəqiqə partlayacaq.

«ƏKDİK, ZİYAN ELƏDİK»

İki ildi Cəlilabad rayonundan Bakıya köçən Gülnarə Əsədova paytaxtın biznes mərkəzlərinin birində xadimə işləyir. Deyir, illər əvvəl əri Bakıya iş dalınca gəldi, bir tikintidə çalışmağa başladı, sonra isə ailəsini də gətirməyə məcbur oldu:

- Gördüm yoldaşıma gah maaş ya tez verirlər, gah gecikdirirlər. Alınmırdı, mən də ondan icazə aldım ki, işləyim.

- Yoldaşın nə qədər maaş alır?

- Gününə 10 manat, 14 manat olur, aya 300-400 manat.

- Bəs sən ozün?

- Mən 250 manat maaş alıram.

Gülnarəgil kirayədə yaşayır, təxminən 120 manat kirə pulu ödəyirlər. İki uşağı var:

- Oğlanı bağçaya qoyuram, qız da məktəbə gedir.

- Bəs onların qayğısına kim qalır?

- Heç kim. Oğlan bağçada olur, kimdənsə xahiş edirəm, yalvarıram, qızı məktəbə aparır. İşdən çıxanda da gedib məktəbdən özüm götürürəm.

- Yaşadığınız kənddə əkin-biçininiz yox idimi?

- Varıydı. Əkdik, amma ziyan elədik.

BÖLGƏDƏ PERSPEKTİV GÖRÜNMÜR

Ülviyyə Şamilqızı isə üç il əvvəl Azərbaycanın ikinci böyük şəhəri Gəncədən Bakıya miqrasiya edib. Onu paytaxta karyera qurmaq həvəsi gətirib:

- Üç il əvvəl mən Baklya gəlib qəzetdə işə düzələndə adi müxbir idim, maaşım da az idi, indisə baş dizaynerəm, maaşım da artıb. Gəncədə qalsaydım, heç bir inkişafım olmayacaqdı. Çünki orda rəqabət yoxdur. Düzdür, şəhərdə Bakıdakı kimi nəqliyyat problemi, hay-küy yoxdur, sakitçilikdir, amma Gəncədə media sahəsində heç bir perspektiv görünmür.

Rəsmi statistikada daxili miqrasiyanı görmək mümkün deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkənin kənd və rayonlarından Azərbaycanın iri şəhərlərinə, xüsusilə də Bakıya güclü axın var, amma paytaxta gələnlər müvəqqəti yaşadıqları yerdə qeydiyyata düşmürlər, bu isə real statistikanı görməyə imkan vermir. Məsələn, Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda hər kv.km-ə düşən əhali sayı 100-dən çoxdur. Bakıda hər kvadrat km-ə 982 nəfər düşür. Ölkədə əhalinin sayı son məlumata görə, 9 milyon 100 min nəfərdən çoxdur. Paytaxt əhalisinin sayı isə 2 milyondan artıq göstərilib.

QEYDİYYATSIZ EVLƏRDƏ QALANLAR

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov bu statistikanı real saymır, onun sözlərinə görə, parlament seçkisi zamanı öz dairəsindən – Gədəbəy-Tovuz rayonu üzrə apardığı kiçik tədqiqat zamanı məlum olub ki, bəzi kəndlərdə qeydiyyatda olan şəxslərin əksəriyyəti uzun illərdir burda yaşamır:

- Elə cənab prezident də çıxışlarının birində qeyd etmişdi ki, Bakı ətrafında 450-500 min qeydiyyatda olmayan evlər var. Orta hesabla hər ailəni 4 nəfərdən götürsək, bu sənədsiz evlərdə iki milyondan çox adamın yaşadığını təxmin etmək olar. Bu isə o deməkdir ki, ölkənin bölgə əhalisinin təqribən 50 faizi Bakı ətrafında məskunlaşıb.

Nazim Məmmədov hesab edir ki, adamları iri şəhərlərə, xüsusilə Bakıya gəlməyə vadar edən əsas səbəb regionlardakı işsizlikdir. Onun sözlərinə görə, əvvəllər Rusiya və digər ölkələrə miqrasiya geniş idisə, neft gəlirlərinin artmasından sonra Bakı daha cəlbedici görünməyə başlayıb:

- Azərbaycanda daxili miqrasiya yüksək səviyyədədir. Bunun əsas səbəbləri kommunal vəziyyətin, yəni, işığın, təbii qazın keyfiyyətli olmamağı, yol infrastrukturunun yoxluğu, su və kanalizasiya məsələlərindəki problemlər, işsizlikdir. Bütün bunlar onları şəhərə gəlməyə vadar edib. Aqrar sahə ilə məşğul olanlar mənfəətin azlığına, bir də inhisara görə istehsal etdikləri kənd təsərrüfatı mallarını bazara çıxara bilmirlər. Bu mənada ənənəvi məşğul olduğu işləri buraxıb onlar yad sahəyə, - bu da əsasən tikintidir, - gəlirlər.

Nazim Məmmədov daxili miqrasiyanın Bakıda sıxlıq yaratdığı qənaətindədir. Onun sözlərinə görə, paytaxtın tutumu, imkanları bu qədər sakinə hesablanmayıb, ona görə də sosial gərginlik hiss olunur.

DAXİLİ MİQRASİYANIN SƏBƏBİ

Elmlər Akademiyasının İqtisadiyyat institutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin elmi əməkdaşı, elmlər namizədi Adilə Gözəlova da deyir ki, daxili miqrasiyaya əsas təkan verən səbəb əməklə bağlı olur. Onun fikrincə, əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı azalıb.

Məsələn, rəsmi statistikaya görə, 1990-cı ildə 137 min nəfər ölkədən daimi yaşamaq üçün başqa yerə gedibdirsə, son illərin rəqəmlərinə görə, ölkədən gedənlərin sayı 2 mindən aşağıdır. Bu statistikaya diqqət çəkən Adilə Gözəlova hesab edir ki, ötən əsrin 90-cı illərində kimlər bacarıbsa, vətəni tərk edib:

- Beyin axını oldu, bacarıqlı əllər getdi ölkədən. Kim bacarırdısa, getdi. Əslində məşğul əhali arasında əmək haqqı çox aşağıdır, bu maaşla əhalini məşğul saymaq çətindir. Əhali Bakıya axışır, çünki tikinti burdadır, yollar burda çəkilir, hər şey burdadı. Yeri gələndə, gedib avtobusda sürücüyə köməkçilik edib pul yığırlar, yenə də pul qazanırlar. Dilənçilər də böyük şəhərə yığışırlar.

SƏNAYE MÜƏSSİSƏLƏRİ YARADILMALIDIR

Adilə Gözəlova deyir, düzdür, indi hökumət regionların iqtisadiyyatına fikir verir, iş yerləri açılır, amma onun fikrincə, sənaye müəssisələri yaratmaq lazımdır:

- Bizdə regionlarla bağlı proqram var, nəsə tikilir, açılır. Əgər şəhərə axın varsa, deməli, bu kifayət deyil. Əgər axın dayanarsa, ya kəndə, rayona, Bakıdan başqa digər şəhərlərə axın olarsa, onda demək olar, hə, artıq bizdə vəziyyət yaxşıdır.

Yeri gəlmişkən, rəsmi açıqlamaya görə, hökumət 2004-cü ildən bu yana regionların inkişafı üçün 15,5 milyard dollar vəsait xərcləyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Bu gün, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Bu gün, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Bu gün, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Bu gün, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru