PREZİDENTİN PARTİYASI QURULTAY KEÇİRİR
Tarix: 4-09-2012, 12:16 |
Çap et
OBAMA RƏSMƏN NAMİZƏD OLACAQ
Sentyabrın 4-də ABŞ prezidenti Barack Obama’nın Demokratlar partiyasının qurultayı açılır.
Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində 3 gün ərzində davam edəcək.
Qurultayın son günündə Barack Obama’nın növbəti prezidentlik üçün rəsmən namizədliyi irəli sürüləcək.
Obama həmin gün çıxış edəcək.
Vitse-prezidentliyə namizəd isə yenidən Joe Biden olacaq.
Birləşmiş Ştatlarda noyabr ayında prezident seçkiləri keçiriləcək. Obama’nın rəqibi Respublikaçıların namizədi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney’dir. \ Azadlıq Radiosu \