KEÇMİŞ BAŞ NAZİR BİR NEÇƏ SAATA MİLYONÇU OLDU
Tarix: 10-09-2012, 11:16 |
Çap et
3 SAATA 1 MİLYON DOLLAR QAZANDI
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin keçmiş baş naziri Toni Bleyer 3 saat ərzində rekord miqdarda məvacib qazanıb. Gördüyü iş müqabilində əmək haqqı alan keşmiş baş nazir, vasitəçilik missiyası yerinə yetirib. Dünyada məşhur "Glencore" və "Xstrata" şirkətlərinin birləşməsində vasitəçilik edən Tani Bleyer, 1 milyon ABŞ dolları dəyərində məvacib əldə edib.
Qeyd edək ki, səhmləri 4 milyard sterlinq olan "Glencore" şirkəti ilə səhmləri 30 milyard sterlinq təşkil edən "Xstrata" holdinqinin birləşməsi istiqamətində vasitəçilik edən Bleyer, rekord miqdarda məvacib qazanan şəxs kimi tarixə düşüb.