ATƏT-Lİ DİPLOMATLAR MÜXALİFƏTİ DƏ UNUTMADI
Tarix: 11-09-2012, 12:06 |
Çap et
SƏFİRLƏR MÜXALİF LİDERLƏRLƏ GÖRÜŞÜB
Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirləri müxalifət partiyalarının liderləri ilə görüşüblər. Bu barədə APA-ya Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan məlumat verib.
Onunla birlikdə görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu da olub. Görüşdə seçki, demokratikləşmə, müxalifətin vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edilib.