AZƏRBAYCANLI İŞ ADAMINDAN BƏDXƏRCLİK
Tarix: 1-11-2011, 10:36 |
Çap et
BİR DOĞUŞA 40 MİLYONLUQ HƏDİYYƏ
20 gün əvvəl "Florance Nightingale" xəstəxanasında ilk övladını dünyaya gətirən Ebru Gündeşə həyat yoldaşı sərvət dəyərində hədiyyə edib.
Milli.Az xəbər portalının məlumatına görə, azərbaycanlı iş adamı Rza Zərrab Türkiyənin Kanlıca bölgəsində 2 malikanəyə 40 milyon dollar ödəyib. Zərrab evi həyat yoldaşına hədiyyə edib və onun zövqünə uyğun hazırlatdırıb.
Tamamlanma işləri 3 ay sonra bitəcək evin ümumi sahəsi 750 kvadrat metrdir. Ev ilə bağlı digər maraqlı məqam – Ebru Gündeşin bundan sonra Sezen Aksu ilə qonşu olmasıdır.
Qeyd edək ki, Rza Zərrab və Ebru Gündeş cütlüyü qızlarına Alara adını veriblər. Ana və körpə artıq evdədirlər. Müğənni Türkiyə mətbuatına açıqlamasında: "Çox xoşbəxtəm. Həyat yoldaşım mənə dünyanın ən gözəl hədiyyəsini bağışladı. Ana olmaq müdhiş bir hissdir. Övladını əmizdirmək hissini isə sözlə ifadə etmək qeyri-mümkündür", - deyə bildirib.