MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI FRAKSİYA
Tarix: 24-09-2012, 10:41 |
Çap et
NARAZILAR BİRLİK YARATDI
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) “Demokratik Birlik” fraksiyası təsis edilib.
Fraksiyadan APA-ya verilən məlumata görə, qurum KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, seçki məsələləri üzrə müavin Ədalət Yusubov, əlaqələr üzrə müavin Fikrət Cəfərov, beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev, gənclər üzrə müavin Rüfət Sahiboğlu, partiyanın İdarə Heyətinin üzvü Rafiq Abdulla tərəfindən təsis olunub.
Fraksiyanın yaradılmasına səbəb partiyanın mövcud siyasi xəttinə etirazla bağlıdır. Fraksiyanın tələb və təklifləri yaxın vaxtlarda partiyanın sədrinə təqdim ediləcək.