HAKİMİYYƏTİN ÇÖRƏYİN BAHALAŞMASINA QARŞI TƏDBİRİ
Tarix: 25-09-2012, 10:17 |
Çap et
BUĞDA VERGİDƏN AZAD OLUNDU
Qərar 1 il müddətində qüvvədədir
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edib. Lent.az-ın verdiyi məlumata görə, buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad edilib.
Qərar sentyabrın 24-də qüvvəyə minib və 1 il müddətində qüvvədədir.