“O ÇOX YAXŞI XƏBƏRLƏR GƏTİRİR”
Tarix: 2-11-2011, 11:33 |
Çap et
KETRİ EŞTON NOYABRIN 15- GƏLİR
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfərinin vaxtı açıqlanıb.
APA-nın xəbərinə görə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib ki, Ketrin Eşton noyabrın 15-16-da Azərbaycanda səfərdə olacaq.
Ketrin Eştonun səfəri çərçivəsində hansı məsələlərin müzakirə olunacağını şərh edən Roland Kobia bildirib ki, tərəflər Avropa Birliyi və Azərbaycan üçün qarşılıqlı maraq kəsb edən bütün məsələləri müzakirə edəcəklər: “O çox yaxşı xəbərlər gətirir və hesab edirəm ki, bu səfər Azərbaycan üçün çox vacibdir. Səfər zamanı həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi fonunda əməkdaşlıq məsələsi də müzakirə olunacaq. Bundan başqa, viza rejiminin sadələşdirilməsinə dair məsələnin də müzakirəsi mümkündür”.
Qeyd edək ki, Ketrin Eşton Azərbaycana Cənubi Qafqaz regionuna səfəri çərçivəsində gələcək.