YƏHUDƏİLƏRİN FƏLƏSTİNƏ YENİ HÜCUMU
Tarix: 2-11-2011, 11:52 |
Çap et
BU DƏFƏ ƏRƏBLƏR İTNERNETSİZ QALIBLAR
DİA.AZ: - Yəhudilər indi də Fələstini virtual aləmdən təcrid etmə yolunu tutublar. Bu barədə Türkiyə mətbuatına istinadən məlumat yayan DİA.AZ bildirir ki, artıq məsələyə Fələstin hökumətinin yetki sahibləri qarışıb.
Onların verdiyi açıqlamalara görə, Fələstinə aid ərazilərin böyük hissəsində haker hücumları səbəbindən internetə çıxış imkanları məhdudlaşdırılıb.
Bu barədə açıqlama verən Fələstin hökumətinin sözçüsü Ghassan Ghattib bildirib ki, haker hücumları dünyanın bir çox nöqtələrindən eyni zamanda baş verib.
Onu da bildirək ki, Fələstin hökuməti bu həftənin bazar ertəsi günü UNESKO-ya üzv olma nailiyyətinin sevincini yaşayırdı. Ghattib internet hücumlarının da məhz bu uğurla əlaqəli olduğunu bildirib.