Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq .....                     Yadplanetlilər və yeni pandemiya .....                     Benzin və dizellə bağlı dəyişiklik edildi .....                     Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” .....                     "Bu il hədiyyə almadım... Çünki..." .....                     “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” .....                     Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər .....                     Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir .....                     Biləcəriyə “skoç”lu avtobusla gedirlər .....                     “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar .....                     Jurnalist Anar Məmmədova hücum etdiər .....                     Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? .....                     Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... .....                     Dünya düzəlmir ki düzəlmir... .....                     Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi .....                     Minlərlə can qurban oldu... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb .....                     Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa .....                     "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" .....                     Lukaşenkodan seçkilər haqqında: .....                     "Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" .....                     İranın Azərbaycana son hücumunda Rusiya izi? .....                     AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların .....                     “İndi ayda bir dəfə telefonla danışırıq” .....                     "ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə .....                     "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" .....                     "Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... .....                     "Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür" .....                     Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək .....                     Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq .....                     Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib .....                     Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq .....                     Ermənistan bu halda yox ola bilər .....                     "İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" .....                     Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır .....                     “Tesla” avtomobillərinin istehsalı azaldı .....                     İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” .....                     Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? .....                     Xameneyi nəyi və niyə inkar edir .....                     Azərbaycanda barama istehsalı niyə azalıb? .....                 

Rusiyanın qaçacaq yeri... YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Tarix: 31-12-2024, 09:36 | Çap et
Rusiyanın qaçacaq yeri... YOXDUR!
Bakı-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğramasına görə Rusiya Prezidentinin üzr üstəməsinə baxmayaraq, məsələyə lazımi yekun hüquqi qiymət verilməyib.

Rusiya tərəfi müxtəlif bəhanələrlə sərnişin təyyarəsinin vurulması faktını etiraf etməkdən yayınır. Halbuki, baş vermiş cinayət əməlinə görə zərərçəkən tərəf kimi Azərbaycana maddi təzminat ödənilməli, hava gəmisinə atəş açan və onu qəzaya yönləndirən şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu, yalnız Azərbaycanın tələbi deyil, həm də Rusiyanın özünün də qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn hüquqi öhdəlikdir.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Rusiyanın günahını etiraf etməsinin vacibliyini və vaxtında üzr istəməli olduğunu deyib. Dövlət başçısının israrlı və qətiyyətli tələbindən sonra Rusiyanın hüquq-mühafizə orqanları artıq ilkin istintaq hərəkətlərinə və bu hadisəyə görə məsul olan şəxslərin dindirilməsinə başlayıb.

Prezident İlham Əliyev Azərbaycan təyyarəsinin təsadüfən də olsa yerdən açılan atəş nəticəsində zədələndiyini və sərnişinlərin təhlükəsiz xilası üçün hər hansı tədbir görülmədiyini deyib:

“Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir.

Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın.

Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz.

Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın sərnişin təyyarəsinə qarşı humanitar terror baş verib. Bu baxımdan, dövlət başçısının prinsipial mövqeyi cinayətin üstünün açılmasında və ona real hüquqi qiymət verilməsində mühüm rol oynaya bilər:

“Azərbaycana məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin səmasında, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu hadisəyə görə də Rusiya tərəfi hüquqi məsuliyyət daşıyır. Cənab Prezident də qeyd etdi ki, Azərbaycanın şərtləri yerinə yetirilməlidir. Təyyarəyə Rusiya səmasında atəş açıldığı üçün Prezident Putin üzr istəyib. Amma təyyarənin vurulmasına səbəb olanlar, onu yaxınlqıdakı hava limanlarına deyil, Xəzər dənizi istiqamətinə yönəldənlər müəyyənləşməlidir.

Bütün bu məsələlərə çox güman ki, təyyarənin “qara qutu”su Braziliyada oxunduqdan sonra aydınlıq gətiriləcək. Amma cənab Prezidentin məsələyə obyektiv yanaşması, prinsipial mövqeyi, Rusiyadan izahat tələb etməsi, təyyarəyə atəş açanların və qəzaya səbəb olanların cəzalandırılmasını tələb etməsi çox mühüm əhəmiyyətli addımlardır".

O bildirib ki, Rusiya Azərbaycana kompensasiya da ödəməlidir:

"Hələlik rəsmi Moskva məsuliyyətdən yayınmağa çalışsa da, Putin təyyarənin Rusiya səmasında kənar fiziki müdaxiləyə məruz qaldığını etiraf edib. Prezident də qeyd etdi ki, təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində qəzaya uğraması barədə deyilənlər cəfəng iddialar idi. İnsanların bilərəkdən ölümə göndərilməsi, təyyarənin dənizə yönləndirilməsi terrorun bir növüdür.

Hesab edirəm ki, Azərbaycan Rusiyaya nota verməlidir. Fikrimcə, bu hadisənin arxasında siyasi məqsəd var. Təyyarəyə atəş açan “Pansir” sistemi Çeçenistan ərazisindən çıxarıldı. Cənab Prezident də bu səbəbdən Rusiyaya sərt mesajlar verdi”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09
Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07
Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04
Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58
"Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55
“Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51
Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48
Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44
Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42
“TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39
Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35
Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32
Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00
Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58
Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21
Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08
AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
Dünən, 18:00
Əlcəzairin "müstəmləkəçilikdə" ittiham etdiyi Fransa "ortaq maraqlarımız var" DEDİ
Dünən, 17:57
"Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər" - MƏHKƏMƏ
Dünən, 17:55
Lukaşenkodan seçkilər haqqında: - “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”
Dünən, 17:51
"Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək" - ŞƏRH
Dünən, 17:43
İranın Azərbaycana son hücumunda Rusiya izi? – Bakıdan Tehranı şoka salan addım
Dünən, 17:33
AĞ BAYRAQ qaldırmağa hazır ukraynalıların SAYLARI ARTIB
Dünən, 17:31
“İndi ayda bir dəfə telefonla danışırıq”
Dünən, 17:30
"ƏDV dələduzluğu" ilə bağlı məhkəmə başlayır: 1,2 milyonluq mənimsəmə - TƏFƏRRÜAT
Dünən, 17:10
"Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
Dünən, 17:07
"Onlar özlərini Türkiyənin bir parçası kimi görürlər... - Bunu da daimi etmək lazımdır"
Dünən, 17:06
"Bir qram olsun Yeni il ab-havası yoxdur, cammatın üzü gülmür"
Dünən, 16:56
Ramşteyn formatında Ukrayna üzrə növbəti görüş yanvarın 9-da keçiriləcək - “RBK Ukrayna”
Dünən, 16:53
Adı "Forbes" siyahısında olan milyonçu Bakıda hakim qarşısına çıxarılacaq - TƏFƏRRÜAT
Dünən, 16:51
Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Dünən, 16:49
Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Dünən, 16:46
Ermənistan bu halda yox ola bilər – İrəvanda narahatlıq artdı
Dünən, 15:47
"İranın rəsmi mövqeyi Azərbaycanın maraqlarına uyğun kimi görünür" - Akif Nağı BELƏ HESAB EDİR...
Dünən, 15:45
Erməni türkoloq Türkiyənin uğurunu etibarsızlaşdırmağa çalışır - ŞƏRH
Dünən, 15:43
“Tesla” avtomobillərinin istehsalı azaldı
Dünən, 15:40
İrəvanda təlaş: “3-4 ay vaxtımız qalıb...” – Bakı daha “xilas kəməri” atmayacaq
Dünən, 15:35
Çin Pakistan-Əfqanıstan toqquşmasından NİYƏ NARAHATDIR? - İNCƏLƏMƏ
Dünən, 15:32
Xameneyi nəyi və niyə inkar edir – İki ciddi fakt
Dünən, 14:02
Azərbaycanda barama istehsalı niyə azalıb? - ARAŞDIRMA
Dünən, 14:00
Bu məktəblilər dərsə SABAH GEDƏCƏK - DİQQƏT!
Dünən, 13:58
Günü gündən artan PROBLEMLİ KREDİTLƏR... - NƏ ETMƏLİ?
Dünən, 13:49
Mikayıl Cabbarova neftçilərin əməkhaqqısı ilə bağlı ÇAĞIRIŞ! - "Xahiş edirəm, bir gecə də..."
Dünən, 13:45
Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır
Dünən, 13:15
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü VERİLƏCƏK
Dünən, 13:14
Rusiyada "Şaxta baba" iş adamını odlu silahla qətlə yetirib - TƏFƏRRÜAT
Dünən, 13:00
PKK iflas ərəfəsində: - ya tərksilah, ya tam məhv
Dünən, 12:58
Elə bil bu ölkədə COP29 olmayıb... - BU NƏDİ BELƏ?..
Dünən, 12:54
2025-ci ildə nələr olacaq? - "Yeni Nostradamus"
Dünən, 12:34
“Qarabağ” 900 min avroya hücumçu alır? - Qazaxıstan mətbuatı
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru