Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Son illərdə qlobal iqtisadi böhranlar, neft qiymətlərinin dəyişkənliyi Azərbaycanın maliyyə siyasətinə yeni yanaşmalar tələb edir. Bu şəraitdə yeni maliyyə nazirinin təyin olunması ilə ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, büdcə siyasətində çeviklik yaratmaq və xarici təsirlərə qarşı dayanıqlı bir sistem qurmaq hədəflənir. Yeni maliyyə nazirinin qarşısında duran ən böyük vəzifələrdən biri dövlətin maliyyə resurslarını effektiv idarə etmək, qeyri-neft sektorunun inkişafını dəstəkləmək və makroiqtisadi sabitliyi qorumaq olacaq.
Modern.az sonuncu maliyyə nazirinin təyinat dövrünə qısa nəzər salıb.
2006-cı illərin ortaları Azərbaycanda neft gəlirlərinin kəskin artımı ilə tarixə düşmüşdü. BTC (Bakı-Tbilisi-Ceyhan) neft kəmərinin fəaliyyətə başlaması, "Azəri-Çıraq-Günəşli" (ACG) yataqlarının neft hasilatının artması və qlobal neft bazarlarında qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərini kəskin artırdı. 2000-ci illərin ortalarında neftin qiyməti 60-70 dollara yüksəlmişdi (bu, o dövr üçün yüksək qiymətlər idi). Dövlət büdcəsi əsasən neft sektoru ilə bağlı gəlirlərdən asılı idi, bu da büdcənin daha da artmasına imkan verirdi.
Belə bir şəraitdə 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olundu. Onun təyinatı heç də təsadüfi sayıla bilməzdi. Şərifov həmin dövrdə Azərbaycan Dövlət Neft Fondunun rəhbəri vəzifəsini icra etmişdi və ölkənin neft gəlirlərinin idarə olunması sahəsində təcrübə qazanmışdı.
O vaxtlar mütəxəssislər Şərifovun təyinatını birbaşa neft gəlirləri amili ilə əlaqələndirirdilər. Bildirilirdi ki, Dövlət Neft Fondunun yaradılması və formalaşmasında rolu olan şəxs artan neft gəlirləri şəraitində dövlətin maliyyə siyasətinə töhfələr verəcək.
Yüksək neft gəlirləri hökumətin sosial sahələrə, infrastruktur layihələrinə və ümumilikdə iqtisadi inkişaf istiqamətlərinə daha çox investisiya ayırmasına imkan yaradırdı. Neft gəlirlərinin böyük bir hissəsi ölkədəki infrastruktur, səhiyyə, təhsil, sosial müdafiə və digər əhəmiyyətli sahələrə yönəldilir, qeyri-neft sektorunun inkişafı üçün vəsaitlər ayrılırdı.
19 ildən sonra Azərbaycan hökuməti bu siyasəti davam etdirir. Amma ölkə indi yeni iqtisadi şərait və yeni çağırışlar qarşısındadır. Qlobal iqtisadi böhranlar, xammal və maliyyə bazarlarında baş verən dəyişikliklər yeni yanaşmalar ortaya qoyur. Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Dünya bazarında neftin qiymətinin azalması dövlət büdcəsinin əsas gəlir mənbəyinin neft və qaz sektoruna bağlı olduğu bir ölkə üçün böyük bir çağırışdır. Azərbaycan yeni maliyyə nazirinin qarşısında duran əsas çağırışlardan biri büdcə siyasətinin dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır. Yeni maliyyə naziri büdcə siyasətini daha çevik, balanslı və uzunmüddətli inkişafı dəstəkləyəcək şəkildə qurmalıdır.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsi olaraq xarici mühitdən təsirlənə bilər. Bu səbəbdən, uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici şoklara qarşı dayanıqlılığını gücləndirmək, makroiqtisadi sabitliyi daha da möhkəmləndirmək zəruridir.
Xarici təsirlərə qarşı dayanıqlılığın təmin edilməsi üçün iki əsas sütun mövcuddur: birincisi, dövlətin valyuta ehtiyatlarının artırılması və möhkəmləndirilməsi, ikincisi isə intizamlı borclanma siyasətinin həyata keçirilməsidir.
Valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin payı tədricən azaldılmalıdır.
Daxili borcun idarə edilməsi maliyyə bazarlarının inkişafını dəstəkləməli, xarici dövlət borcunun dayanıqlı səviyyəsini qorumağa imkan verməli və dövlət şirkətlərinin borclanma proseslərinə ciddi nəzarət olunmalıdır.
Yeni maliyyə naziri üçün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək yeni büdcə siyasətinin formalaşdırılması çox önəmlidir. Neft gəlirlərinin azalması və iqtisadi böhran şəraitində büdcə siyasətinin tarazlaşdırılması və qeyri-neft sektorlarının inkişafı mühüm prioritetlərdir.
Dövlətin borc yükünün idarə edilməsi, sosial sahələrə ayrılan vəsaitin artırılması, xərclərin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın maliyyə siyasətinin əsas strateji istiqamətləri olmalıdır.
Dövlət büdcəsinin gəlirləri və xərcləri arasındakı tarazlığın qorunması üçün xərclərin daha səmərəli şəkildə idarə olunması lazımdır. Əlavə xərc və israfın qarşısını almaq mövcud resursları daha məhsuldar sahələrə yönəltmək üçün büdcə xərclərinin optimallaşdırılması vacibdir.
Büdcə siyasətinin məqsədi yalnız cari dövrün tələblərini ödəmək deyil, həm də uzunmüddətli iqtisadi inkişafı dəstəkləmək olmalıdır. Bu baxımdan, büdcə prioritetləri təyin olunarkən qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri, sosial xidmətlər və iş yerlərinin yaradılması kimi strateji sahələrə diqqət ayrılmalıdır.
Azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsininin bu sahəyə ayrılmasını tələb edir. Büdcə bu məqsəd üçün əsas resurs mənbəyi olmaqla yanaşı həm də Azərbaycanın ümumi iqtisadi inkişafına, sosial rifaha töhfə verəcək.
Bu yanaşmalar Azərbaycanın yeni maliyyə nazirnini qarşısında duran əsas vəzifələr olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Bu gün, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Bu gün, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Bu gün, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Bu gün, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Bu gün, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Bu gün, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Bu gün, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Bu gün, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Bu gün, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Bu gün, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Bu gün, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Bu gün, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Bu gün, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Bu gün, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Bu gün, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Bu gün, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Bu gün, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Bu gün, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Bu gün, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Bu gün, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Bu gün, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Bu gün, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Bu gün, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Bu gün, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Bu gün, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28 |
|
|
|
• “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23 |
|
|
|
• AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17 |
|
|
|
• Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06 |
|
|
|
• Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05 |
|
|
|
• Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55 |
|
|
|
• Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30 |
|
|
|
• Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24 |
|
|
|
• Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13 |
|
|
|
• Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09 |
|
|
|
• Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02 |
|
|
|
• Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00 |
|
|
|
• İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
|