Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                 

Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Tarix: Bu gün, 00:48 | Çap et
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir?
Mərhum Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Mediada bu barədə yayılan məlumatlara görə, H.Əliyevanın atası Cəlil Əliyev bildirib ki, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, saxlanılıb, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda kiberdələduzluq yolu ilə vətəndaşların bank kartlarından saysız-hesabsız oğurluq halları baş verib. Hüquq mühafizə orqanları cinayət törədənlərin bir qismini yaxalaya bilsə də, bir çox faktlar üzrə tədbirlər görmək mümkünsüz olub. Çünki cinayətkar şəbəkələr bu cür əməliyyatları xarici ölkələrdən, habelə kriptovalyutalar vasitəsi ilə həyata keçirir, nəticədə cinayətin üstü açılmamış qalır.

Bəs burada bankların, vətəndaşların, hüquq mühafizə orqanlarının məsuliyyəti nədir?

Bunu bank sahəsi üzrə tanınmış ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib

kiberdələduzluq barədə məsələni ötən ilin 26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də qaldırıb: “Demişəm ki, bu problem əsasən iri - sistem əhəmiyyətli banklardadır. O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı çoxdur”.

Ə.Həsənov bildirir ki, məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur. İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s. Maraqlıdır, niyə?

“Ona görə ki, bu bankların rəhbərləri maaşdan əlavə yüksək mükafatlar (bonuslar) alırlar. Buna görə də xərcləri azaltmaq üçün əllərindən gələni edirlər: sıravi işçilərə az maaş verirlər, İT, təhlükəsizlik və digər sahələrə xərcləri kəsirlər. İlin sonunda bankın gəlirinin xərcindən xeyli çox olması üçün hər şey edirlər ki, mükafatlarının məbləği də yüz minlərlə ölçülən rəqəmlər olsun. Çünki mükafatlar mənfəətə bağlıdır. Nəticədə bu banklarda xidmətin keyfiyyəti və təhlükəsizlik səviyyəsi aşağı düşür”.

Multimedia sahəsi üzrə tanınmış ekspert Osman Gündüz isə ötən il DİN-in Kibercinayətkarlıqla Baş İdarəsi və ölkənin bütün bankları arasında imzalanmış anlaşmanı xatırladır. Həmin anlaşmaya görə Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur. Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kriptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə bilər.

“Bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yoli ilə vəsaiti geri çağırmaq mümkün ola bilər. Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İnterpol, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir” – Gündüz bildirib.

Ekspertin fikrincə, cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdrımalar daha da çətinləşir: “Son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər. Açıqlanan məlumatlardan görünür ki, kiberpolis ötən müddət ərzində həm profilaktika, həm də kibercinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə bilib”.

Osman Gündüz bildirir ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur. Onun sözlərinə görə, indiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. “Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb”, - o, qeyd edib.

Ekspert vurğulayır ki, vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün: “Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır.

Bir daha vurğulamaq istərdik ki, hansısa bank müştərisinə zəng edib hansıa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır. Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir”.

Osman Gündüz təklif edir ki, ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Assosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi.

“Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar.

İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır. QR-kod ların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir”, - ekspert yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru