USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bu barədə məlumat verib. O qeyd edib ki, “USAİD bərpa oluna bilməz”.
USAİD-in korrupsiya qalmaqalı
Bundan əlavə, USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Belə ki, ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda USAID proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-ın əsas maraqlarına cavab vermədiyi qeyd olunub:
“USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb. İndi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil". Digər mühüm məqam isə ondan ibarətdir ki, USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Eyni zamanda, İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.
USAİD-in Azərbaycandakı qaranlıq fəaliyyəti
USAİD 34 ilə yaxın Azərbaycanda fəaliyyət göstərib. Amma bu fəaliyyət çox qaranlıq və şübhəli olub. Bu gün usaidçilər bar-bar bağırırlarlar ki, ötən dövrdə Azərbaycana 450 milyon dollar yardım edilib. Ancaq “yardımların” statistikası və hara xərclənməsi nədənsə açıqlanmır.
Lakin araşdırmalarımız nəticəsində məlum olub ki, Həmin 450 milyonun böyük hissəsi Azərbaycana qarşı bir sıra təxribatların törədilməsinə xərclənib.
Məsələn, III Respublika Platforması adlı təxribatçı qurumun yaradılması birbaşa USAİD-lə bağlıdır. Belə ki, USAİD rəhbəri Samanta Pauerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 2024-cü il 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi.
Eyni zamanda, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin də qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur.
USAİD-in COP29 təxribatı
Bundan əlavə, USAİD həm də ölkəmizdə müxtəlif “KİV və QHT”-lərin əsas donoru, qrant verənidir. Belə ki, təşkilat “COP29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb.
Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ-da Azərbaycan qarşı növbəti çirkin kampaniya başladı. Hətta 60 konqresmen ABŞ-ın sabiq dövlət katibi Antoni Blinkenə müraciət etdi ki, COP29 ərəfəsində Azərbaycana təzyiqlər artırılsın və COP29-un baş tutmaması üçün bütün addımlar atılsın. Həmin kampaniyanın maliyyəçisi də USAİD idi. Çünki bu qurumun mahiyyəti pozuculuq və ara qarışdırmaqdır.
USAİD-in təxribatçı fəaliyyəti amerikalı ekspertlər tərəfindən də etiraf edilib. Məsələn, ABŞ-ın Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professoru Maykl Gunter ötən ilin oktyabrında Bizim.Media-ya müsahibəsində bildirmişdi ki, USAİD rəhbərliyi Azərbaycan və Türkiyəyə qarşı qərəzlidir:
“USAİD rəhbəri Samantha Pauerin Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyi açıq-aydın ortadadır. Onun yazdığı "A Problem from Hell" adlı kitabının birinci fəslində Osmanlı dövründə ermənilərin "soyqırım" qurbanı olduğunu iddia edilir. Lakin o, 1992-ci ildə Xocalıda baş vermiş qətliamı və digər faktları qeyd etmir”.
USAİD-in Azərbaycandakı fəaliyyəti araşdırılmalıdır
Ona görə də USAİD-dən son 34 ildə Azərbaycanda xərcləndiyi iddia olunan 450 milyon dollar vəsaitin hesabatını tələb etməliyik. Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları həmin 450 milyonun kimlərə verildiyi və hansı qanunsuz məqsədlər üçün xərcləndiyini araşdırmalıdır.
Əminliklə demək olar ki, bu vəsaitin böyük hissəsi Azərbaycan dövlətçiliyinin və milli maraqlarımızın əleyhinə xərclənib. Ona görə də vəsaitin xərclənmə istiqamətləri müəyyən edilməli, həmin vəsaitdən şəxsi maraqları və dövlət əleyhinə istifadə etmiş şəxslər ən ağır şəkildə cəzalandırılmalıdır.
USAİD nədir?
Qeyd edək ki, USAİD 1961-ci ildə ABŞ-ın sabiq prezidenti Co Kennedinin sərəncamı ilə yaradılıb. Qurumun əsas hədəfi kimi inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək verilməsi göstərilir. Əslində isə təşkilat həmin ölkələri öz çətiri altına alıb, onlardan ABŞ-ın siyasi və iqtisadi maraqları üçün istifadə etmək üçün çalışır.
Təsadüfi deyil ki, USAİD birbaşa rəsmi Vaşinqton tərəfindən idarə olunur. Hətta qurumun rəhbəri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilir. Bundan başqa ABŞ-da Federal büdcənin 1 faizi hər il USAİD-ə ötürülür.
Bizim.Media
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
|