Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan Bakının əsas tələbini qəbul etdi
İrəvan Bakının əsas tələbini qəbul etdiBu gün, 11:39 |
“Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyənnaməsinin ləğvini elan etmək demək idi”. Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində qeyd olunur. Nəşr yazır ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preampulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu isə açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələbini yerinə yetirməkdir. Beləlilə ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu”. Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb. Geri qayıt |