Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR!
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR!Bu gün, 09:55 |
“COP 29 ərəfəsində Azərbaycana qarşı qərəzli mövqelərin davam etdirildiyini və əsassız ittihamların irəli sürüldüyünü biz müşahidə etdik. COP29-a qədər də ölkəmizə münasibətdə qərəzli mövqe, rəylər səsləndirildiyini, sərgiləndiyini müşahidə edirdik. Xüsusilə də, Azərbaycan öz tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra, xüsusilə də Qərb siyasi institutları tərəfindən Azərbaycana qarşı siyasi hücumlar təşkil edilməyə başlandı. Əsas məqsəd ondan ibarət idi ki, Cənubi Qafqaz regionunda Azərbaycanın iradəsi ilə yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması prosesinin qarşısı alınsın. Münaqişə vəziyyətinin regiondan kənar araşdırılması Qərb dairələrinin maraqlarına cavab vermirdi. Ona görə də onlar hər vasitə ilə Azərbaycanı ittiham edir, Azərbaycana qarşı qərəzli mövqelər səsləndirirdilər. Çünki keçmiş münaqişə vəziyyəti qərb institutlarına imkan verirdi ki, onlar Cənubi Qafqaz regionu üzərində öz təsirlərini saxlaya bilsinlər, mövcudluqlarını davam etdirsinlər. Amma bu mövcudluq destruktiv xarakter daşıyırdı. Region üçün təhlükəli idi”. Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münaqişə üzərindən təmin edilən maraqlar və münaqişə üzərindən təmin edilən mövcudluq sözsüz ki, regionun təhlükəsizliyi üçün ciddi təhdid idi: “Regionda sülhün əldə olunmasına çox ciddi maneə idi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik mühitini formalaşdırdı və bundan sonra biz gördük ki, ölkəmizə qarşı aşkar qərəzli mövqelər səsləndirilməyə başlandı. Sözsüz ki, bu mövqelərin sərgilənməsinin davam etdirilməsi üçün müxtəlif və hadisələr istifadə olunurdu”. Politoloqun fikrincə, COP29-da Azərbaycana qarşı əsassız ittihamların davam etdirilməsi və qərəzli mövqelərin sərgilənməsi üçün bir alət kimi istifadə olundu: “Bu da ondan xəbər verir ki, ayrı-ayrı Qərb siyasi dairələri üçün bəşəriyyətin təhlükəsizliyi məsələsi heç bir əhəmiyyət kəsb etmir. Çünki BMT-nin COP29 tədbiri bir ölkənin və ya ölkələr qrupunun məsuliyyətini müəyyənləşdirmir. Bütün dünya dövlətləri iqlim dəyişmələri ilə mübarizədə öz imkanlarını səfərbər etməlidirlər, təşəbbüslərini sərgiləməlidirlər”. Politoloq hesab edir ki, bəşəriyyəti qarşıda gözləyən bəlalardan qurtarmaq üçün hər bir dövlət öz üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirməlidirlər. “Yəni bu, ümumi bir məsuliyyət və ümumi bir problemdir. Təəssüflə qeyd etməliyik ki, növbəti dəfə Qərb siyasi dairələri üçün beynəlxalq ictimai rifah, beynəlxalq təhlükəsizlik məsələsi arxa plandadır. Onlar üçün əsas məsələ onların özlərinin marginal, ayrıca olaraq Cənubi Qafqaz üçün çox təhlükəli olan maraqlarıdır. Biz gördük ki, COP29-un da Azərbaycana qarşı istifadə olunması istiqamətində cəhdlər edildi, amma bu tədbir baş tutdu. Bu tədbirdə çox mühüm müzakirələr həyata keçirildi, çağırışlar edildi”-deyən Elşd Mirbəçir hesab edir ki, COP 29 çərçivəsində aparılan müzakirələr, qəbul edilən qərarlar, əldə olunan razılaşmalar bütövlükdə gələcəkdə həm yeni bir əməkdaşlıq istiqamətini formalaşdıracaq, həm də bəşəriyyəti iqlim dəyişmələrinin fəsadlarından effektiv şəkildə qoruya biləcəkdir. Belə ki, COP29 çərçivəsində yeni əməkdaşlıq istiqamətlərinin formalaşdığına dəlalət edən məqamlardan biri də ondan ibarət oldu ki, artıq Azərbaycan gələcəkdə Xəzər dənizinin dibi ilə yaşıl enerji ixracını həyata keçirmək imkanı əldə edəcəkdir. Azərbaycan Qazaxıstan, Özbəkistan sözügedən istiqamətdə razılaşma əldə etdilər. Buna qədər isə bildiyimiz kimi Qara dənizin dibi ilə Avropa enerji bazarına çıxacaq bir yaşıl enerji trafikinin yaradılması ilə bağlı razılaşma əldə olunmuşdu var. Bu da o deməkdir ki, birincisi Azərbaycan və digər iştirakçı ölkələr yaşıl energetika sahəsinin inkişafında maraqlıdırlar və bu sahənin daha sürətlə inkişaf etdirilməsi istiqamətində təsirli addımlar atacaqlar. İkinci məqam ondan ibarətdir ki, bu, müvafiq olaraq iqlim dəyişmələri ilə mübarizədə çox effektiv bir alət rolunda çıxış edəcək. Çünki ənənəvi enerji mənbələrinin istifadə olunmasını məhdudlaşdırdıqca müvafiq olaraq, ekologiyaya dəyən zərərlərin miqyası da azalacaq. Yaşıl energetika sahəsinin inkişaf etdirilməsi, müvafiq olaraq ekologiyanın yaxşılaşmasına xidmət edəcək və iqlim dəyişmələri ilə mübarizənin effektivliyini artıracaq. Bütün bunlar bir-birini çox dəqiqliklə tamamlayan komponentlərdir”-deyən Elşad Mirbəşir hesab edir ki, COP29 çərçivəsində belə komponentlərin formalaşdırması üçün iradə nümayiş etdirildi və resursların səfərbər olunacağı bildirildi. Deputatın sözlərinə görə, bu da ona dəlalət edir ki, COP29 uğurla təşkil olundu. Elşad Mirbəşirin fikrincə, burada hansısa ölkələrin iştirak etməməsi ümumi mənzərəyə hər hansı bir xələl gətirmir: “Sadəcə olaraq, iştirak etməyən və yaxud COP29 üzərindən Azərbaycana hücumlar təşkil edən subyektlərin mahiyyətini bir daha nümayiş etdirmiş oldu”. Geri qayıt |