Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdiDünən, 22:02 |
Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana irqi ayrı-seçkiliklə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib. Globalinfo.az xəbər verir ki, bu barədə qurumun press-relizlərində deyilir. Qeyd edildiyi kimi, söhbət əks memorandumlardan – tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdiyi sənədlərdən gedir. Sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır. Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başladıb. Bakı isə həmin il sentyabrın 23-də əks iddia qaldıraraq, İrəvanın regionda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bunu törətməyə davam etdiyini açıqlayıb. Geri qayıt |