Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək

Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək


Bu gün, 07:23
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək

“Ermənistan ənənəvi olaraq sülh prosesi ilə bağlı irəliləyiş olduğunu bildirir, amma yürütdüyü siyasət əksini göstərir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalanmaması üçün hər şeyi edir:

“İmitasiya xarakterli görüşləri davam etdirir və paralel olaraq sürətlə silahlanır. Bu isə onu sübut edir ki, Ermənistan sülh prosesini uzatmağa çalışır. Əlbəttə, bu istiqamətdə ona əsasən Fransa dəstək verir. Paris Ermənistanı sülh danışıqlarından yayındırır, eyni zamanda silahlandıraraq bölgədə eskalasiya riskini artırır. İrəvan hesab edir ki, Fransa bu siyasətindən istifadə edərək, hərbi-siyasi mövqelərini gücləndirə və Azərbaycanı güzəştlərə məcbur edə bilər. Buna görə də Azərbaycanın sülhün dayanıqlılığını təmin etməyə hesablanan şərtlərini yerinə yetirməkdən boyun qaçırır və kapitulyasiyaya imza atmasına baxmayaraq absurd şərtlər irəli sürür. Bu isə sülh prosesini dalana salır”.

Ə.Zülfüqaroğlu qeyd edib ki, bütün bunlara rəğmən sülh danışıqları davam etdiriləcək:

“Ermənistan nə zamansa geosiyasi proseslərin onların lehinə işləyəcəyinə ümid edir. Bu, yanlış yanaşmadır və özünü uçuruma aparır. Azərbaycan hərbi, diplomatik üstünlüyə malikdir və gec-tez Ermənistanı sülhə məcbur edəcək”.
Geri qayıt