Əsas Səhifə > Ana xəbərlər, Güney Press > SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu

SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu


Bu gün, 17:52
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu
Sumqayıt Dövlət Universitetindəki (SDU) işindən çıxarılan tarix üzrə fəlsəfə doktoru, dosent Neyman Xasayev məhkəməyə müraciət edib.

Qaynarinfo-nun məlumatına görə, onun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsini tələb edir.

Neyman Xasayevin iddiasına Sumqayıt Şəhər Məhkəməsində baxılacaq. İş hakim Günel Tanrıverdiyevanın icraatındadır.

Neyman Xasayevin işdən çıxarılmasının səbəbi barədə məlumat yoxdur. Məsələnin detallarını öyrənmək üçün tərəflərlər əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Neyman Xasayev SDU-nun "Tarix və onun tədrisi metodikası" kafedrasında işləyib. Araşdırmalarımız zamanı məlum olub ki, o, bir neçə il əvvəl işdən çıxarılıb və bir dəfə məhkəmə yolu ilə işə bərpa olunmağa çalışsa da, mümkün olmayıb.

SDU-nun rektoru Rüfət Əzizovdur. O, 2023-cü ildən universitetə rəhbərlik edir. Neyman Xasayev Rüfət Əzizovun sələfi Elxan Hüseynovun dövründə işdən çıxarılıb.

Geri qayıt