Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır

İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır


Bu gün, 12:37
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində addımlar atılır. Avropa İttifaqının mülki missiyası da bununla onu ifadə etməyə çalışır ki, delimitasiya olunmuş ərazilərdə artıq təhlükə qalmır. Digər ərazilərdə isə təhlükə var. Əslində, bu hiyləgər bir yanaşmadır.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.

“Sanki Azərbaycanın Ermənistanı hansısa formada təhdid etməsinin risklərindən danışmaq istəyirlər. Bu absurd yanaşmadır. Azərbaycan Ermənistanı hansısa bir formada təhdid etmir. Sadəcə, Bakı İrəvanı sülh sazişinin imzalanması istiqamətində konstruktiv addımlar atmağa cəlb etməyə çalışır”, - deyə o söyləyib.

Partiya sədri hesab edir ki, sülh istiqamətində verilən açıqlamalara həssas yanaşma tələb edir:

“Erməni tərəfinin açıqlamaları da ümumi frazlardan ibarətdir. Konkret sülh sənədindən danışdıqda isə ayrı-ayrı şəxslərin məlumatından kənar açıqlama vermək çətindir. Hər halda, dövlət başçıları ümumi optimist istiqamətləri göstərməyə çalışırlar”.

Fazil Mustafaya görə, Paşinyanın açıqlamları sülh müstəvinsdə aparılan danışıqlara yönəlib:

“Konkret hansı istiqamətlərdə irəliləyişin olduğunu söyləmək çətindir. Hər iki tərəfdən eyni mövqe yoxdursa, bu inandırıcı görünmür. Ümid etmək olar ki, qısa zamanda bu məsələdə irəliləyiş olacaq”.

Qeyd edək ki, Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyasının Azərbaycanla delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyi açıqlanıb.

Geri qayıt