Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir"

"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir"


Dünən, 18:13
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir"
"Hər bir kənddə istər məktəblər, istər kitabxanalar mütləq qorunmalıdır. Necə ki, biz məscidləri qoruyuruq".

Bunu parlamentin dünənki plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Bəs bu məktəbləri qorumağın yolları nələrdir?

Mövzu ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini,sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:

"Bütün kəndlərdə mütləq məktəb olmalıdır. Hətta 100 il əvvəl də kiçik kəndlərdə məktəblər tikirdilər ki, şagirdlər rahat şəkildə təhsil alsınlar. Burda bəzi istisnalar ola bilər. 5-6 evdən ibarət kəndlər var və o kəndlərdə ümumilikdə 3-5 uşaq var. Bunun üçün məktəb tikmək olmur. Bu səbəbdən qonşu kəndlərin birində məktəb tikilir və bir-neçə kəndin uşaqları ora gəlir. Həmin məktəblərin avtobusları olmalıdır ki, uşaqları aparıb-gətirsin. Bunu təşkil etmək lazımdır. Dövlət xərcləri azaltmaq üçün kəndlərdə məktəbləri azaldır. Məsələn Tovuz rayonunun Düzqırıqlı kəndinin 20 min əhalisi var. Amma orda cəmi 2 məktəb var idi. Birini ləğv etdilər. Qalan birinə isə ləğv olan məktəbin uşaqlarını da yerləşdirdilər. Yəni burda əsas məqsəd dövlətin xərcini azaltmaqdır. Əlavə məktəb xərci, müəllimə maaşı verilməsin. Kəndlərdə məktəbləri bağlamaq olmaz ,əksinə, məktəb olmayan kəndlərdə məktəblər tikilməlidir. Təhsilə belə yanaşmaq olmaz.
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" – AÇIQLAMAŞəhərlərdə belə məktəb sayı azdır. Məsələn Bayıl qəsəbəsində, 20-ci sahə deyilən ərazidə 162 və 51 sayılı məktəblər var. İkisində də normadan 3-4 dəfə artıq şagird təhsil alır. Bu biabırçılıqdır. Son illərdə onlarla iri binalar tikilib, çoxlu həyət evləri salınıb. Əhali 2-3 dəfə artıb, amma məktəblər artmır. Məktəblər əhalinin sayına adekvat olaraq artmalıdır. Bir ucdan məhəllələr salıb, binlar tikirlər amma məktəb tikmək ağıllarına gəlmir. Artırmaq əvəzinə, hətta mövcud olan məktəbləri da azaltmaq təhsili məhv etməkdir. Dövlət öz xərcini azaltmaq üçün şagirdlərin boynuna əlavə yük salır".

Geri qayıt