Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilərBu gün, 07:03 |
Ermənistanda olan Polşa prezidenti Andjey Dudanın səfər proqramında iki məqam diqqət çəkir. 1. Duda İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edir; 2. O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkəcək (27 noyabrda) və AB-nin müşahidə missiyasının fəaliyyəti ilə yerində tanış olacaq. 2025-ci ilin yanvarından etibarən AB Şurasının rəhbərliyi Polşaya keçəcək, Dudanın aktivliyi bundan qaynaqlanır. Hərçənd Bakı və İrəvana səfər arasında balansın pozulduğu amili mövcuddur. Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib. AB-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədə - Arazdəyənə ziyarət planı birliyin Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Bunu İrəvan da istəyir, Brüssel də. Lakin missiyanın fəaliyyət müddətinin uzadılması üçün AB-də yekdil qərar verilməli - 27 üzv dövlətin hamısı eyni mövqedən çıxış etməlidir. Belə qərarın çıxma ehtimalı böyük olsa da, Brüssel və İrəvanda narahatlıq var. - Azərbaycan müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır: 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı; - Rəsmi Bakının Brüsselə etirazı təkcə ritorika ilə yekunlaşmaya bilər: Macarıstan üzərindən yekdil qərarın çıxmasına qarşı praktiki addım atmaq imkanı var. Mümkündür ki, AB-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. İrəvan və Brüsselin bu məsələdə iki istiqamətdə işləyəcəyi ehtimalı görünür: Birincisi, AB-də yekdil qərarın qəbul edilməsi üçün dipomatik fəaliyyəti genişləndirmək, qarşı çıxanlara (hədəfin Budapeşt ola bilməsi ehtimalı görünür) təzyiq etmək; İkincisi, AB-də potensial etirazçıların fakt qarşısında qoyulması və yekdil qərarın əldə edilməsi üçün müşahidə missiyasının bölgədəki fəaliyyətinin vacibliyini əsaslandırmaq: Ermənistan-Azərbaycan sərhədində yeni bir esakalasiya, yaxud ən azı kiçikmiqyaslı olsa belə, toqquşma olarsa, missiyanın vacibliyində “qaçılmaz reallıq” ortaya çıxa bilər; bu kontekstdə Ermənistanın AB missiyasının müddətinin başa çatmasına qədər sərhəddə miqyasından asılı olmayaraq, təxribata əl ata biləcəyi istisna edilməyən ssenaridir. Müəllif: Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |