Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi?
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi?Bu gün, 08:26 |
Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri diqqət çəkir. Əsas məqam bu gün (noyabrın 27-də) Polşa prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ilə birgə Yerasxa (Arazdəyən) səfər etməyi planlaşdırmasıdır. Globalinfo.az-a danışan siyasi sərhçi Elçin Alıoğlu bildirib ki, Duda Polşanı ABŞ-ın Şərqi Avropadakı əsas forpostuna çevirib: “Təsadüfi deyil ki, Polşa xarici işlər nazirinin müavini dörd ay bundan qabaq demişdi ki, bizim postsovet məkanında investisiya ayıracağımız üç ölkə var: Moldova, Ermənistan və Ukrayna. Andjey Dudanın Ermənistana səfəri təsadüfi deyil. O, qondarma “erməni soyqırımı” qurbanlarının “abidəsinin” yerləşdiyi Tsitsernakaberdə gedib. Daha sonra o, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də parlament sədri Alen Simonyanla prezident Vaaqn Xaçaturyanla görüşəcək. Dudanın Ermənistanda rəsmilərlə apardığı danışıqlarda iki əsas məsələ preambula təşkil edir: Polşa prezidentinin beynəlxalq siyasət bürosunun rəhbəri N.Povyak açıqladı ki, İrəvanda aparılan danışıqların əsasını Ermənistanla Azərbaycan arasındakı sülh prosesi təşkil edəcək. Polşanın prosesə verə biləcəyi töhfə və Varşavanın regional siyasətinin necə olacağı müzakirə edilən mövzulardandır. Bu ictimaiyyətə açıqlanan detallardır. Lakin bir də məsələnin pərdəarxası məqamları var. Məlum olduğu kimi, Anjey Duda COP29 tədbirində iştirak etmişdi. O, Bakıda olduğu müddətdə də Azərbaycan-Ermənistan sülh danışıqlarını, Polşanın edə biləcəklərini müzakirə etdi. Polşanın sülh danışıqları ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Məsələ bundan ibarətdir ki, Polşa ABŞ-ın forpostu olduğu üçün əlindən gəldiyi qədər çalışır ki, Ermənistan-Rusiya münasibətləri soyuq və gərgin olsun. Bunu hətta özünün diplomatik uğuru kimi qələmə verir”. Elçin Alıoğlu qeyd edib ki, Dudadın Ermənistana gəlməkdə məqsədi Aİ-nin “müşahidə missiyası”nda Polşanın iştirakını aktivləşdirməkdir: “Beləcə missiyanı NATO missiyası müstəvisindən çıxarıb, Aİ missiyası müstəvisinə qaytarmaqdır. Çünki ABŞ Aİ-nin Ermənistandakı fəaliyyətinin hiperaktivləşməsinə qıcıqlanaraq Kanadanı prosesə qoşub, NATO missiyası halına gətirdi. İkincisi, Polşa Rusiyanın Ermənistandan tranzit ölkə kimi istifadə edərək Aİ-nin saksiyalardan yayınmaq fəaliyyətini azaltmağa çalışır. Bunu Fransa, ABŞ da istəyir, amma Ermənistan hər il bu prosesdən 11-14 milyard dollar gəlir əldə edir. Düşünürəm, bu rəqəm ildən-ilə artır. Yəni Duda, Aİ bunun qarşısını almaq istəyirsə, Ermənistana nə isə verməlidir. Üçüncüsü, Andjey Duda Polşanın geosiyasi ambisiyalarının sadəcə Şərqi Avropa Transilvaniya, Rumıniya, Moldova, Besarabya, Ukraynanın Qərb bölgələri yox, həm də Cənubi Qafqaz olduğunu göstərməyə çalışır. Yəni Duda bu minvalla Ermənistana həm də elçi kimi gəlib. O, yaxşı bilir ki, elçiyə zaval olmaz”. Ekspert deyib ki, Dudanın cəhdləri nəticə verməyəcək: “O, Polşa Transplantasiya Cəmiyyətinin 12-ci simpoziumunda öləndən sonra bütün əzalarının bağışlanmasını vəsiyyət etmişdi. Sual yaranır: bəs Duda Polşa diplomatiyasının hansı əzasını İrəvanda qurban verəcək? Vaxtilə Cənubi Qafqazda ATƏT-in Minsk Qrupu vardı. “Danışıqlar naminə danışıqlar lazımdır” kimi gülünc bəyanatlar verirdilər. Bu gün Duda da məhz bu funksiyanı yerinə yetirir. Onun nə isə edə biləcəyini düşünmürəm. Lakin ABŞ-dan ciddi dividentlər ala bilər”. Geri qayıt |