Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı...
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı...Bu gün, 09:29 |
Niyə Avrasiya Ali İqtisadi Şurasının iclası Ermənistanın tələbi ilə Rusiyada keçiriləcək. Tədbirə sədrlik edən rəsmi İrəvan niyə belə qərar qəbul edib? Moderator.az xəbər verir ki, “Haykakan Jamanak" nəşrinin sorğusuna cavab olaraq Ermənistan XİN aşağıdakıları bildirib. “Avrasiya İqtisadi İttifaqı(Aİİ) daxilində qüvvədə olan reqlamentə əsasən, Avrasiya Ali İqtisadi Şurasının iclasının Aİİ-nin nizamnamə orqanlarına sədrlik edən üzv dövlətdə mütləq keçirilməsi nəzərdə tutulmayıb. Müvafiq olaraq, Avrasiya Ali İqtisadi Şurasının iclaslarının keçirilməsi qaydası, növbəti sessiyanın vaxtı və yeri barədə qərar əvvəlki sessiyada qəbul edilir. Bu halda, Ali Avrasiya İqtisadi Şurasının 8 may 2024-ci ildə Moskvada keçirilən sessiyada üzv dövlətlərin rəhbərləri növbəti sessiyanın bu ilin dekabrında Sankt-Peterburqda keçirilməsi barədə qərar qəbul ediblər”. Xatırladaq ki , Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Aİİ sammitinin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcəyini, ona Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan sədrlik edəcəyini bildirmişdi. Geri qayıt |