Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR...

Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR...


Bu gün, 10:29
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR...
Polşa Prezidenti Anjey Dudanın şərti sərhəddə Avropa İttifaqının Ermənistandakı missiyasının “binokl şousu”na qoşulması, Varşava və Azərbaycan arasındakı tərəfdaşlığa ziddir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

“Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək, binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir, hələ də hüquqi-normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı ölkənin ambisiyalarını şirnikləşdirməkdir.

Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir, danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirirlər. Dudanın bu addımı ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi, xəbərdarlığa baxmayaraq, Zəngəzura getdi”, - ekspert bildirib.

Geri qayıt