Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQBu gün, 11:17 |
Naxçıvan Ali Məclisinin sədri aylıq 9.990 manat pula alacaq. Bura onun 3.330 manat maaşı və bu maaşın iki misli daxildir. Yəni, Naxçıvanın ali rəhbəri hər ay maaşından əlavə bu məbləğin iki qatını da alacaq. "DİA-AZ" "Gündəlik Naxçıvan"a istinadla xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qəbul olunmuş qanunda qeyd olunur. Qeyd olunan rəqəm, hazırda 980 manat olan orta aylıq maaşdan on dəfə çoxdur. Hazırda Ali Məclis özünə sədr seçməsə də, bu vəzifəni birinci müavin Bəxtiyar Məmmədov yerinə yetirir. Bu səbəbdən sədr üçün təyin olunan maaş da ona çatır. Bundan əlavə, məclisdəki deputatlar və həm də digər vəzifə sahibləri aylıq maaşlarınından əlavə, hər ay bu maaşın 1,5 mislini də alacaqlar. Bu minvalla sədrin müavi 7.497, komitə sədri 5.410 , komitə sədrinin müavini 4.995 , sıravi deputat isə 4.162 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Geri qayıt |