Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan və Ermənistan arasında bir sıra mübahisəli məqamlar sülh razılaşmasını əngəlləyir

Azərbaycan və Ermənistan arasında bir sıra mübahisəli məqamlar sülh razılaşmasını əngəlləyir


7-12-2024, 09:32
Azərbaycan və Ermənistan arasında bir sıra mübahisəli məqamlar sülh razılaşmasını əngəlləyir
“Azərbaycan və Ermənistan arasında hələ də bir sıra mübahisəli məqamlar qalmaqdadır və bu, sülh razılaşmasının əldə olunmasını əngəlləyir”.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.

Qeyd edilib ki, bunlardan biri, Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişdirərək Qarabağ üzərində gələcək tələblərindən rəsmi şəkildə imtina etməsi ilə bağlıdır. Bu, Ermənistanda çətin daxili siyasi mövzu olaraq qalmaqdadır.

“Anlayırıq ki, Azərbaycan həmçinin əsas Azərbaycan ilə onun eksklavı Naxçıvan arasında yol və dəmir yolu əlaqələrinin yaradılmasını təşviq edir (Zəngəzur dəhlizi). Konkret olaraq, Azərbaycan bu əlaqənin Ermənistanın gömrük nəzarətindən azad edilməsini tələb edir. İndiyə qədər Ermənistan bunu qəbul etmək istəməyib. Hər iki ölkə arasında döyüşlərin yenidən başlamasını gözləməsək də, diplomatik həll yolu tapılmasa, münaqişənin yenidən alovlanma riski olduğunu düşünürük. Belə bir ssenari Azərbaycan və Ermənistan üçün əhəmiyyətli sosial və iqtisadi risklər daşıyacaq”- S&P əlavə edib.

Geri qayıt