Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əfv və ya amnistiya olacaq?
Əfv və ya amnistiya olacaq?23-12-2024, 18:11 |
Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Adətən müxtəlif bayramlar ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanır və yaxud Amnistiya aktı qəbul edilir. Növbəti əfv sərəncamı və yaxud Amnistiya aktı qəbul edilə bilərmi? Məsələ ilə bağlı Əfv məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, qarşıdan çox böyük bayramlar gəlir, həm il təzələnir, həm də eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür: “Bir qayda olaraq hər zaman bu ərəfədə cəmiyyətdə müəyyən gözləntilər olur. O cümlədən, cənab Prezident tərəfindən əfv sərəncamının imzalanması, eləcə də Milli Məclis tərəfindən Aministiya aktının qəbul edilməsi ilə bağlı məsələni göstərmək olar. Ancaq mənim böyük gözləntilərim yoxdur. Ehtimal vermirəm ki, ilin sonunda əfv sərəncamı, yaxud Amnistiya aktı qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, 2024-cü il ərəfəsində cənab Prezident tərəfindən əfv sərəncamı imzalanıb. Bir qayda olaraq il ərzində bir əfv sərəncamı olur. Tez-tez əfv sərəncamlarının verilməsi də məqsədəuyğun sayılmır. Əlbəttə ki, cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Bununla bağlı Prezident qərar qəbul edir, biz bilə bilmərik. Ancaq bununla belə mövcud praktikaya əsasən deyə bilərəm ki, ilin sonuna əfv sərəncamı real görünmür". O, eyni zamanda ötən illərin təcrübəsini nəzərə alsaq, son 5-6 ildə bir qayda olaraq əfv sərəncamlarının Novruz bayramı və yaxud mühüm tarixi günlərdə olduğunubildirib: "Məsələn, 2023-cü ildə UluÖndərin anadan olmasının 100 illiyi ilə bağlı, 2018-ci ildə Demokratik Cümhuriyyətin 100 illiyi ilə bağlı əfv sərəncamı, 2021-ci ildə Zəfər Günü ilə bağlı Amnistiya aktı olub. 2024-cü ildə cənab Prezident tərəfindən may ayında Əfv sərəncamı imzalanıb. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, növbəti əfv sərəncamını 2025-ci ildə ehtimal edə bilərik. Həmçinin hazırda da Əfv Komissiyasının iclasları olmayıb və yaxın günlərdə də olması gözlənilmir. Gələn il cənab Prezident tərəfindən əfv sərəncamı imzalana bilər. Nəzərə alaq ki, 1995-ci ildən bu günə qədər 70 əfv sərəncamı imzalanıb. Bu sərəncamların 33-ü Ulu Pndər, 37-si cənab Prezident tərəfindən imzalanıb. Prezidentimizin fəaliyyətində hər zaman mərhəmət, şəfqət, humanizm prinsipləri mühümdür. Ötən illərdə əfv sərəncamlarının verilməsi, Amnistiya aktlarının qəbul edilməsi də Azərbaycanın təməl prinsipinin humanizm olduğunu müəyyənləşdirən nümunələrdəndir. İnşaallah bu rposes davam edəcək. Çünki dövlətin inkişafı, tərəqqisi, gələcəyi də ədalət, humanizm, şəfqət prinsiplərdir. Bu, həm Azərbaycanın hüquqi təbiətindən doğur, həm də cənab Prezidentin bütövlükdə fəaliyyəti bu prinsiplər üzərində qurulub”. Geri qayıt |